Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (30-03-2015, 07:41)
İran Türkiyəyə nota verdi (VİDEO)

Rəsmi Tehran Türkiyəyə nota verdi. 


ANS PRESS-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfhəm açıqlama yayıb.

Təbriz Radiosu xəbər verir ki, xanım Mərziyyə bu məqsədlə Türkiyənin Tehrandakı müvəqqəti işlər üzrə vəkilinin İran Xarici İşlər Nazirliyinə çağırıldığını deyib.

"Türkiyənin ölkəmizdəki səfirinin Tehranda olmaması səbəbi ilə Türkiyənin Tehrandakı müvəqqəti işlər üzrə vəkilini İran Xarici İşlər Nazirliyinə çağırdıq və İran xarici işlər nazirinin Asiya və Sakit okeanı ölkələri üzrə müavini ölkəmizin bu iddialar qarşısında mövqeyini çatdırdı. Türkiyənin müvəqqəti işlər üzrə vəkilinə bu iddiaların uyğunsuz və səhv olduğu bildirdik və bu barədə açıq bir cavab verilməsini tələb etdik".

"İran İslam Respublikasının strateji yanaşması region və qonşu ölkələri ilə sülh, sabitlik, əməkdaşlıq və hörmətə layiq əlaqələr qurmaqdır. İran və Türkiyə arasında əməkdaşlıq potensiallarının bu məqsədlərə çatmaq üçün əlverişli bir imkan təmin etdiyi düşüncəsindəyik", - deyə XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Yəmən və İraqdakı fəaliyyətini tənqid edib. 

Ərdoğan qeyd edib ki, İran rəhbərliyi regionda hökmranlıq etməyə çalışır. O bildirib ki, İranın bu siyasəti qəbuledilməzdir.

“Yəmən daxildən parçalanmağa doğru gedir. Biz Yəmən xalqının hamısına qardaş münasibəti bəsləyirik. Qardaşlarımızın hüquqları üzərində hər halda düşüncələrimizi ifadə etməliyik. Hələlik Yəmənə hərbi dəstək olmaq barədə bir söz demək istəmirəm. Bu doğru olmazdı. Lakin nəqliyat, təchizat və kəşfiyyat məsələlərində dəstək verməyə hazır olduğumuzu açıqladım. İndiyə qədər Yəməndə baş verən hadisələr artıq səbr kasalarını daşırmağa başlamışdı. İranın açıqlaması təbiidir. İstənilən halda, İran İraq və Suriyadakı proseslərdə də özünü göstərib”, -deyə Ərdoğan bildirib.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024