Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-09-2021, 09:58)
Biznes “hakimi mütləq” icra başçılarına qurban gedir - AKTUAL

Biznes “hakimi mütləq” icra başçılarına qurban gedir
Ölkədə sahibkarlığın inkişaf səviyyəsi yüksək qiymətləndirilmir və bu sahədə mövcud vəziyyət müxtəlif səbəblərlə izah edilir.

Bu günlərdə ölkə başçısı çıxışında bu sahədə yaranmış problemlərə toxunub: “Onsuz da bütün ölkə üzrə bütün quruculuq-abadlıq işləri dövlət investisiya xətti ilə görülüb və sahibkarlara şərait yaradılmalıdır. Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar.

Ancaq iş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir, ona qarşı hansısa əsassız tələblər qoyulur, ondan pay istənilir və sahibkar da küsüb gedir, ümumiyyətlə, nə iş yeri yaradır, nə müəssisə yaradır, çıxıb gedir. Bu hallar da var. Buna da son qoyulmalıdır. Sahibkar əmin olmalıdır ki, o, ancaq dövlətin vergisini ödəməlidir, vəssalam".

Faktdır ki, ölkənin biznes bazarında “mümkün deyil”, “imkan verilməyəcək”, “işləməyə qoymayacaqlar” kimi əsaslı fikirlər formalaşıb. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər də məhz bu amillərlə rastlaşdığı üçün ölkədə biznes fəaliyyətindən uzaqlaşırlar. Bəs hansı addımlar atılmalıdır ki, bu problemlər tamamilə öz həllini tapsın?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, bu sahədə problem nə dünən, nə bu gün baş verib:

“Uzun illərdir ki, regionlarda yerli icra hakimiyyəti orqanlarının biznesə müdaxiləsi haqqında cəmiyyətdə ciddi müzakirələr gedir. Bu problem hər zaman olub. Həmin problemin kökündə dayanan isə insan faktoru deyil. Azərbaycanda düşünürlər ki, pis icra başçısını yaxşı icra başçısı ilə əvəz etdikdə, problem öz həllini tapır. Ancaq elə deyil, bu sistemli problemdir. Ümumiyyətlə, icra hakimiyyəti strukturunun özünü nüfuzdan salması, bu institutun özünü doğrultmadığı, səlahiyyət və məsuliyyət probleminin yaranması ilə əlaqədardır. İcra hakimiyyətinin səlahiyyət və məsuliyyəti ilə bağlı qanunvericilikdə, praktikada da boşluqlar var. Rayonlara icra başçıları təyin edilmiş şəxslər sanki özlərini həmin rayonun hakimi-mütləqi hesab edirlər. Hətta nəinki biznesin, təhsilin, səhiyyənin işinə də müdaxilə edirlər.

Burada çox ciddi problem sistemin problemidir və yaxşı rəhbər axtarmaqdansa, yaxşı sistemin qurulmasına ehtiyac var. Elə bir sisitem qurulmalıdır ki, iş adamları ilə icra başçıları arasında təmasın yaranmasına, bu təmas nəticəsində biznesin işinə müdaxiləyə imkan verilməsin. Daha yaxşı olar ki, icra hakimiyyəti institutu tamamilə ləğv edilsin, bələdiyyə institutlarının yaradılması yolu ilə bu işlər öz həllini tapsın. Çünki bələdiyyə institutu güclənərsə öz ərazisində təbii ki, iş yerlərinin, zavod və fabriklərin açılmasında maraqlı olacaq. Bələdiyyə sədri düşünəcək ki, əgər beş illik fəaliyyəti dövründə iş yerləri, fürsətlər yaradacaqsa, növbəri dəfə seçilmək şansı yaranacaq. İndi təyin edilənlərin belə bir problemi yoxdur ki, vətəndaş üçün çalışsın. Ona görə də bu sistemin kökündə duran problemləri həll etmək lazımdır. İllərdir nəticələrdən danışırq, nəticələr isə dəyişmir, çalışmalıyıq ki, o səbəblər aradan qalxsın”.

Ekspertin fikrincə, burada başqa problemlər də var: “Məsələn, Türkiyədə sahibkarlar həm mərkəzi hökumət tərəfindən müxtəlif dəstəklər alır, həm də bələdiyyələrin çox ciddi rolu var. Böyük Şəhər Bələdiyyələrinin birbaşa müqavilə bağlamaq, birgə müəssisələr yaratmaq hüququ var. Özünün büdcəsi, yatırımları, investisiyaları olur. Bunlar çox vacib elementdir. Bundan əlavə Türkiyə reallığına baxdıqda əsas məsələlərdən biri olaraq Azərbaycanda uzunmüddətli kredit imkanlarının məhdud olması, biznes faizlərinin çox yüksək olması kimi faktorlar var. Bu məsələlər də öz həllinin tapmalıdır ki, problem addım-addım öz həllini tapsın. Yaxşı insanlardan daha çox yaxşı sistemin qurulmasına çalışmalıyıq”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024