Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-06-2021, 11:36)
Deputat Nigar Köçərlini qınadı

Deputat Nigar Köçərlini qınadı

Deputat Kamal Cəfərov “Ali və Nino” kitab mağazasından kitab oğurlamasıyla bağlı gündəmə gələn gəncləri müdafiə edib. 

Mediatv.az xəbər verir ki, K. Cəfərovun sözlərinə görə, həmin mağazanın sahibi Nigar Köçərli iki gənci cəmiyyətə oğru kimi təqdim etməyə çalışıb: “Hüquqi cəhətdən hər hansı oğurluğun dəyəri 100 AZN- dən çox olmadıqda bu cinayət əməli olmur, inzibati xətadır. 

Buna görə də hakim həmin əməldə xəta olmadığından onlara bəraət verdi. İnzibati Xətalar Məcəlləsinə görə, foto və çəkiliş icraat aparan şəxsin icazəsi olmadan yayımlanmamalıdır. İnzibati xətanı elə Nigar xanım özü pozub. Oğrular adətən kitab oğurlamır. Kitab oxuyanlar da oğru olmur”.


Xatırladaq ki, ötən gün DİN paytaxtın Səbail rayonunda yerləşən kitab mağazasından 2 ədəd kitab oğurlamaqda ittiham edilən gənclərlə bağlı məlumat yaymışdı. Sosial şəbəkə istifadəçiləri tərəfindən kiçik qiymətləndirilən bu oğurluğa görə “Ali və Nino”nun rəhbərliyinin hüquq-mühafizə orqanlarına müraciət etməsi, eyni zamanda həmin şəxslərin görüntülərinin yayılması ictimai etirazlara səbəb olmuşdu. 

Qeyd edək ki, sözügedən 2 şəxs məhkəmə tərəfindən bəraət alaraq azadlığa çıxıb.


шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024