Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (11-09-2014, 22:58)
Razim Məmmədovun milyonları

 

Oliqarx məmurlara meydan oxuyan Xətainin icra başçısı büdcə pullarını şəxsi biznesinə yatırır

 Xətainin icra başçısı Razim Məmmədovla bağlı redaksiyamıza ilginc məlumat daxil olub. 

Anlaşılanı odur ki, «GEN» MMC-nin əli ilə onlarla vətəndaşın pulunu mənimsəyən və bu prosesdən salamat qurtarmağa müvəffəq olan, hazırda da Xətai rayonunu şəxsi mülkü kimi idarə edən Razim Məmmədov əməlli-başlı oliqarx imiş.
Məlumatlı mənbə bildirir ki, pul qazanmağın üsullarını yaxşı bilən Razim Məmmədov büdcədən taladığı pulları şəxsi biznesinə yönəldir və nəticədə daha böyük pullara sahiblənir. Mənbənin söylədikləri:
«Bu gün Razim Məmmədovun bəlkə də özünün də sayını bilmədiyi qədər obyektləri var. Məsələn Razim Məmmədov bu gün 11 mərtəbəli villaya sahib olan tək məmurdur. Onun Novxanı çimərliyi yaxınlığında 2 hektarlıq ərazidə 3 mərtəbəsi yerin altında, 8 mərtəbəsi yerin üsmtündə olan villası var və villanın yanında da otel inşa etdirib. Həmin otel isə insanların istirahət mərkəzindən daha çox, qadın alveri ünvanı kimi tanınır».
Bu da hamısı deyil. Mənbəmiz bildirir ki, Sumqayıtdakı «RealMed» Sağlamlıq Mərkəzi də Razim Məmmədovundur: «Bu SM-də isə qiymətlər digərlərindən fərqlənir. Məsələn, başqa klinikalarda doğuş maksimum 600 manata həyata keçirilirsə, Razim Məmmədovun klinikasında bu halda 1100 manat pul alırlar, amma vətəndaş çek tələb etdikdə 600 manatın çekini verirlər. Hər halda, bu faktlar da dövlətin müvafiq qurumları üçün kifayət qədər ciddi araşdırma mövzusudur».
Onu da bildirək ki, Xətainin icra başçısı ilə bağlı redaksiyamıza çox maraqlı informasiyalar da daxil olub. Həmin bilgiləri yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…(dia.az)
шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024