Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-09-2014, 18:53)
36 şadlıq sarayında nöqsan aşkarlandı

“Bu ilin 7 ayı ərzində Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti xidməti tərəfindən 75 şadlıq sarayında şadlıq saraylarının Dövlət Standartının tələblərinin hansı səviyyədə icra etməsi ilə bağlı araşdırma aparılıb”

 

Bu barədə Simsar.az-a açıqlamasında Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı  məlumat verib.
Komitə rəsmisi bildirib ki, Dövlət Nəzarət tədbirləri nəticəsində 36 şadlıq sarayında xırda və kəskin nöqsanlar üzə çıxarılıb, məhsulun hazırlanması və satışı qadağan edilib. Onun sözlərinə görə, şadlıq saraylarında əsas problemlərdən biri mənşəyi məlum olmayan konservləşdirilmiş məmulatlardan istifadə olunmasıdır.
F.Talıblı deyib ki, bəzi restoranlarda 5-6 cür salatın hazırlanmasına qadağa qoyulub. Bəzi restoranlar istifadə müddəti 6 saat olan salatları axşama qədər saxlayıb qonaqlara təqdim edirlər. Şadlıq evlərinin əksəriyyətində peşəkar təcrübəyə malik insanlar çalışmır. Bütün bu qüsurlar şadlıq evlərində aparılan yoxlamalar zamanı aşkarlanıb. Qüsurlar aşkarlanan şadlıq saraylarında çalışan fiziki şəxslərə 1500-2000 manat, hüquqi şəxslərə isə 5000 manat cərimə tətbiq edilib.
Dövlət komitəsinin rəsmisi vurğulayıb ki, bura masaların düzülüşündən stolların sayından, hər bir qonağa ayrılan sahədən başlamış akustikaya, onların problemlərinin həllinə qədər çalışılmalıdır. Həmçinin personal xidmətlərin standarta uyğun olması, personalın peşəkar olması, ərzağın və təqdim edilən xammalın yeməklərin keyfiyyətinin təzə və insan sağlamlığı üçün təhlükəsiz olması əsas proritetlərdən biridir.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024