Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-09-2014, 16:06)
Sahibkarlara ilin sonuna kimi vaxt verildi

 

"Əmək müqavilələrinin elektronlaşdırılması prosesi davamlı şəkildə həyata keçirilir. Bir məsələni xüsusilə qeyd edim ki, dünən mənə verilən məlumata görə məsələ ilə bağlı artıq 550 mindən çox daxilolmalar var". Hafta.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, bu sürətlə yaxın vaxtlarda proses tam yekunlaşa bilər, çünki hər gün böyük sayda, təxminən 25-30 min arası qeydiyyat prosesi həyata keçirilir: "Ona görə də yaxın vaxtlarda ümumi daxilolmaların yekunlaşması nəzərdə tutulub. Proses daimi şəkildə olacaq. Yəni kimlərsə əmək müqaviləsini ləğv etdirəcək, yaxud da kimlərləsə əmək müqaviləsi yenidən imzalanacaq. Bildiyimiz kimi, bu gün qəribə tendensiya hökm sürür. Belə ki, müxtəlif ölkələrdə əmək qanunvericiliyinin gözlənilməsi məsələsi kontekstində elə bir şərait yaradılmalıdır ki, işçilər işdən azad edilməməlidir. Lakin digər tərəfdən məsələ belə qoyulur ki, işçinin daimi olaraq öz iş yerində qalmasının təmin edilməsi kiminsə işsiz qalması hesabına baş verə bilər. Bu da o deməkdir ki, öz işində qalan işçi heç vaxt rəqabət haqqında düşünməyəcək. Bu səbəbdən də məhsuldarlıq heç vaxt artmayacaq. Belə olan halda sosial vəhdət necə təmin olunmalıdır? Ona görə də işin elektronlaşdırılması prosesi hələlik davamlı olacaq".

"Ümumi bütün ölkə üzrə hazırda mövcud olan müqavilələrin tam qeydiyyatdan keçirilməsi prosesi ilin sonuna kimi tamamlamalıdır. Hərhalda o zamana qədər çalışacağıq ki, bu sahədə ciddi aktiv addımlara yol verməyək. Yəni insanlar bu prosesə hələ yeni uyğunlaşırlar və burada elektron informasiya vasitələrindən istifadə məsələləri var. Son 2 gün ərzində Nazirliyin 142 saylı Qaynar xəttinə ən çox müraciətlərin 90 faizi də məhz bu məsələyə aid olur" -deyə, nazir məsələ ilə bağlı fikirlərinə əlavə edib

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024