Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (1-09-2014, 17:30)
Bakıda Mədəniyyətlərarası dialoq keçirilir

Tədbirdə Allahşükür Paşazadə, Mübariz Qurbanlı, Kamal Abdullayev iştirak edir

 

 
  Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü işinə başlayıb.
 
Əvvəlcə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxudu.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək mübadilə görüşünün bütün dünyada dinlər və mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini deyib. Komitə sədri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə dinlər və etnik qruplar arasında münasibətlər ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasına uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasəti prioritet istiqamətlərdən birinə çevrilib.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə dini fəaliyyət sahəsində həyata keçirilən dövlət siyasətindən, bununla bağlı reallaşdırılan tədbirlərdən bəhs edib.
 
Sentyabrın 2-dək davam edəcək mübadilə görüşündə “Mədəni cəhətdən rəngarəng cəmiyyətlərdə dini və qeyri-dini təşkilatların tolerantlığı: sosial paytaxt”, “Dini və qeyri-dini təşkilatların diskriminasiya, dözümsüzlük və zorakılığın bütün növləri ilə mübarizəyə töhfəsi”, “Dini mədəni irsin mədəniyyətlərarası dialoqa və Avropa Şurası tərəfindən müdafiə olunan bəşəri dəyərlərə hörmət töhfəsi” mövzularında məruzələr dinləniləcək.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024