Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-04-2019, 10:41)
BSU-da türk gənclərinin bayramı qeyd olunub

 Aprelin 24-də Bakı Slavyan Universitetində (BSU) Türkiyənin Azərbaycandakı səfirliyi, BSU-nun Türk Araşdırmaları Tədris-Mədəniyyət Mərkəzi və BSU nəzdində Məktəb-Lisey Kompleksinin təşkilatçılığı ilə Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü ilə bağlı “Uşaq ədəbiyyatına səyahət” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Ümummili Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov qardaş ölkə ilə birlikdə qeyd olunan bayramların Azərbaycan-Türkiyə münasibətlərinə yeni töhfələr verəcəyini bildirib və prorektor tədbirə qatılan uşaqları bayram münasibəti ilə təbrik edib.
Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi çıxışında Mustafa Kamal Atatürk tərəfindən uşaqlara ərmağan edilən Milli Suverenlik və Uşaq Bayramının mahiyyətindən danışıb. O, tədbirin Çanaqqala zəfərinin 104-cü ildönümü ilə eyni tarixə təsadüf etdiyini xatırladaraq şanlı zəfərin tarixindən söz açıb. İ.Çiftçi Çanaqqala zəfərini təkcə türk dünyasının deyil, bütün dünya xalqlarının tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib, Çanaqqala və Qarabağ müharibələrində həlak olan şəhidlərin xatirəsini qürur hissi ilə yad edib.
Türk Araşdırmaları Tədris-Mədəniyyət Mərkəzinin müdiri Ziyafət Qasımova maarifləndirici xarakter daşıyan tədbirin uşaqların kitablara marağının artırılması məqsədilə keçirildiyini diqqətə çatdırıb, bayram münasibəti ilə uşaqları təbrik edib.
Tədbir çərçivəsində Türkiyənin tanınmış uşaq yazarı Fatma Yangın Ekşioğlunun Milli Suverenlik və Uşaq Bayramı münasibətilə azərbaycanlı uşaqlara müraciətlə çəkdiyi qısa təbrik videosu nümayiş olunub.
Nümayişin ardından çıxış edən Azərbaycanın uşaq yazarı Reyhan Yusifqızı bayram ərəfəsində Türkiyədə dövlət idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsindən söz açıb. R.Yusifqızı bu ənənənin uşaqların gələcəkdə müxtəlif vəzifələrə yiyələnməsinə stimul verəcəyini deyərək çoxlu mütaliə etməyin uşaqların intellekt səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərdiyini vurğulayıb.
Tədbir bədii hissə ilə davam edib. BSU nəzdində Məktəb-Lisey Kompleksinin və Bakı Türk Anadolu Liseyinin şagirdləri tərəfindən mahnı və şeirlər səsləndirilib, səhnəciklər təqdim olunub. Sonda Bakı Türk Anadolu Liseyinin müdiri Nurullah Feyzi Yazıcı və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi tərəfindən uşaqlara hədiyyələr təqdim olunub. Tədbirin ardından BSU nəzdində Məktəb-Lisey Kompleksinin, Bakı Türk Anadolu Liseyinin, 164 saylı məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024