Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-04-2019, 20:46)
BSU-da milli suverenlik və uşaq bayramı qeyd olunub

Məlum olduğu kimi, hər il 23 nisan tarixi Türkiyə Cümhuriyyətində Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd olunur. Bu münasibətlə bu gün Bakı Slavyan Universitetində də Ölkəşünaslıq klubunun təşkilatçılığı ilə geniş tədbir keçirilib. Tədbiri Tərcümə fakültəsinin dekan müavini Leyla Musayeva açaraq bayramın tarixi, keçdiyi yol barədə məlumat verib. O, Türkiyə Cümhuriyyətinin milli suverenliyinin təməlləri atılarkən xalqın əl-ələ verdiyini və həmrəylik içində addım atdığını deyib. Dekan müavini hazırda bu bayramın təkcə Türkiyədə deyil, Yer üzünün bütün guşələrində keçirildiyini bildirib. L.Musayeva ən böyük məqsədin uşaqların və gənclərin gözəl gələcəyini təmin etmək olduğunu vurğulayıb.
Sonra söz gənclərə verilib. Tərcümə fakültəsinin II kurs tələbəsi Vüsalə Quliyeva, BSU nəzdində məktəb-lisey kompleksinin şagirdləri Ruzi Əliyev, Xuraman Əliyeva vətənpərvərlik mövzusuinda şeirlər sələndiriblər. Tərcümə fakültəsinin tələbəsi Aytac Məhərrəmova prezentasiya ilə çıxış edib. Azərbaycan filologiyası və xarici dil müəllimliyi fakültəsinin müəllimi Fidan Rəhimli gənclik haqqında mahnı oxuyub.
Tədbirdə tərbiyə işləri üzrə prorektor Xanım Sultanova, Tərcümə fakültəsinin dekanı Fidan Qurbanova, Məktəbəqədə təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin dekanı Flora Naciyeva, Ölkəşünaslıq klubunun sədri Aysel Qayıbalıyeva, klubun üzvləri Tamerlan Hüseynov, Zəminə Hacıyeva iştirak ediblər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024