Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-04-2019, 17:35)
Çexiyada Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilib

Aprelin 11-də Çexiyanın Ostrava Universitetinin Fəlsəfə fakültəsində Azərbaycanın Çexiyadakı səfirliyi və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinə həsr olunmuş sərgi keçirilib. Tədbirdə Azərbaycanın qədim, orta və müasir dövrlərinə aid memarlıq komplekslərini, eləcə də təbiətini əsk etdirən fotoşəkillər nümayiş olunub.
Azərbaycan Fotoqraflar Birliyinin üzvləri - Mirnaib Həsənoğlu, Əminə Mirili, Fərqanə Qasımlı, Rauf Umudov, Fətəli Fətəliyev və İsmayıl Kərimova məxsus fotoşəkillərdə Azərbaycana aid qədim alban kilsə və monastr kompleksləri, orta əsrlərə, Şirvanşahlar dövrünə aid saray tikililəri, Azərbaycanın UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilmiş Qız qalası abidəsi və digə bir çox turizm baxımdan maraq doğuran məkanlar əksini tapıb.
Sərgini giriş sözü ilə açan Ostrava Universitetinin Fəlsəfə fakültəsinin nümayəndəsi Nela Parmova Azərbaycanın qədim tarixi və mədəniyyət nümunələrindən söz açıb.
Tədbirdə çıxış edən Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfirinin köməkçisi Eldar Vəliyev, Bakı Slavyan Universitetinin Çex Dili və Mədəniyyəti mərkəzinin müdiri Qəmbər Qəmbərov Çexiya-Azərbaycan əlaqələrinin, eləcə də Ostrava Universitetinin Bakı Slavyan Universiteti ilə əməkdaşlığının perspektivləri barədə fikirlərini iştirakçılarla bölüşüblər.
Sərginin davamında Heydər Əliyev Fondunun hazırladığı "Land of Fires" ("Odlar Yurdu") adlı videonun təqdimatı olub, Azərbaycan bayrağı və rəqsləri barədə məlumat verilib, sərgi iştirakçıları ilə birgə "Yallı" rəqsi oynanılıb.
Qeyd edək ki, sərgi öz işini üç həftə ərzində davam etdirəcək.
шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024