Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-02-2019, 13:30)
AXCP sədrinin müşaviri azadlığa buraxılıb

 Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin şikayətinə baxılıb.
Mediatv.az  xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, M.İbrahimin həbs cəzası 1 ay 10 gün azaldılıb. Cəzanın qalan hissəsi M.İbrahimin cəza çəkdiyi günlə əvəzlənib. Cəzasının çox hissəsini çəkdiyi üçün məhkəmə onun azadlığa buraxılması haqqında qərar verib. Bundan sonra M.İbrahim məhkəmənin iclas zalından azadlığa buraxılıb.
Qeyd edək ki, M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim üç il müddətinə azadlıqdan məhrum edilib.
M.İbrahim həbsdə olan vaxt onun barəsində CM-nin 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb.
Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, M.İbrahimin barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 16 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkən M.İbrahim Bakı İstintaq Təcridxanasına köçürülüb. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, 5 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.
шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024