Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-01-2019, 10:41)
Hərracların elektronlaşdırılması özəlləşdirmədə operativliyi artırı

 Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda sadə iştirak imkanları ilə hər kəsin vaxt itirmədən prosesə qoşulması təmin edilir. Açıq və şəffaf həraclarda tətbiq olunan elektronlaşdırma vətəndaşların özəlləşdirmədə iştirak dinamikliyini artırır, dövlət əmlaklarının sahibkarlıq obyektlərinə çevrilməsini genişləndirir. Yaradılan imkanlar vətəndaşların seçim, sifariş və iştirak prosedurlarını olduğu yeri tərk etmədən onlayn formada həyata keçirməsinə şərait yaradır.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən investorlar və vətəndaşlar üçün yaradılan rahat iştirak mühitində növbəti hərraclardan biri 19 fevral tarixində keçiriləcək. Budəfəki özəlləşdirmə hərracında iştirak etmək istəyənlərin ümumilikdə 101 dövlət əmlakı üzrə seçim etmək imkanı var. Özəlləşdirməyə çıxarılan əmlaklar kateqoriyasına, sahəsinə, ilkin hərrac qiymətinə və aid olduğu iqtisadi sahələrə görə müxtəlifdir. Belə ki, dövlət əmlaklarından 64-ü kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisələrinə mağazalar, restoranlar, yardımçı təsərrüfatlar, əmlak kompleksləri və digər obyektlər aiddir. Bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasındadır. Fəaliyyətinin bərpası və ya başqa iqtisadi sahə üzrə yenidən qurulması ilə investora yüksək gəlir qazandıra biləcək əmlaklardan biri paytaxtın Mərdəkan qəsəbəsindəki restorandır. Adıçəkilən obyektin ümumi faydalı sahəsi 1743.9 kv.m-dir. Şəmkirdə yerləşən yun tədarükü məntəqəsinin ümumi faydalı sahəsi 3312 kv.m, torpaq sahəsi isə 63 min kv.m-ə yaxındır. Geniş torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılması dövlət əmlakının iqtisadi potensialını artıran göstəricilərdən biridir.
Fərqli xidmət sahələri üzrə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün uyğun imkanlar yaradan qeyri-yaşayış sahələrindən 5-i Sumqayıtda digərləri isə paytaxt rayonlarında yerləşir. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 14 kv.m və 1612 kv.m arasındadır. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış obyekti Yasamal rayonu, 613-cü məhəllə, M.Muxtarov küçəsindədir.
Dövlətə məxsus səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətləri quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir və digər sahələrə aiddir. Belə əmlaklar sırasında “Azinterservis”, “Sabirabad İnşaat Sənaye”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətləri var. Qeyd edək ki, budəfəki hərracda investorlar paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşən səhmdar cəmiyyətlərinin 30%-45%-lik səhm paketlərini özəlləşdirə bilər.
Dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və özəlləşdirilmə hərraclarına qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.


  шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024