Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-01-2019, 18:37)
“20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda anım tədbiri keçirilib

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar faciəsinin 29-cu il dönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov bildirib ki, müasir tariximizin səhifələrinə ən faciəli günlərdən biri kimi daxil olan 20 Yanvar, eyni zamanda xalqımızın müstəqillik, azadlıq uğrunda apardığı mübarizədə yüksək şücaətini və qəhrəmanlığını nümayiş etdirdi. 1990-cı ilin 19-20 yanvar tarixlərində totalitar Sovet rejiminin süqutu ərəfəsində dinc əhaliyə qarşı tutduğu divan, yüzlərlə günahsız insanın amansızlıqla qətlə yetirilməsi və yaralanması ilə nəticələnən hadisələr imperiyanın cinayətkar mahiyyətini bütün dünyaya bəyan etdi. Faciə günü ölkəsinin azadlığı, şərəf və ləyaqəti üçün canından keçməyə hazır olan Azərbaycan övladları əlisilahlı sovet ordusunun cəza tədbirlərinə məhəl qoymadan pozulmuş hüquqların və suverenliyin bərpası uğrunda şəhidlik zirvəsinə ucaldılar. Beləcə, 20 Yanvar ölkənin müstəqillik və azadlıq mübarizəsində xalqın birlik, qəhrəmanlıq salnaməsinə çevrildi.
Qeyd edilib ki, keçmiş sovet hərb maşınının ölkəmizdə həyata keçirdiyi cinayətə 1993-cü ilə kimi hakimiyyətdə olan şəxslərdən heç biri hüquqi-siyasi qiymətin verilməsi üçün tədbir görmədi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışı ilə 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. Ulu öndər təzyiq və təqiblərə baxmayaraq 20 yanvar faciəsinin törədilməsində məsuliyyət daşıyanları ictimaiyyətə tanıtdırdı, bütün dünyanın gözü qarşısında xalqın faciəsində məsuliyyət daşıyanları ittiham etdi. Ümummilli lider Heydər Əliyev repressiya maşınının sərt formada işə düşdüyü bir vaxtda rejimin gerçək simasını açaraq keçmiş SSRİ və respublika rəhbərliyinə, eləcə də aparılan anneksiya siyasətinə qəti etirazını ifadə etdi, xalqımızın suveren hüquqlarına qəsd olunduğunu bildirdi. Bununla da o ölkə qarşısında cəsarətini, mərdliyini, müdrikliyini bir daha sübut etdi, dərin sarsıntı içində olan xalqına dəstək oldu.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərimizin siyasətini bu gün layiqincə davam etdirir. Belə ki, dövlət başçısı tərəfindən 1990-cı il yanvar ayın-da faciəli hadisələr zamanı Azərbaycan Respublikasının suverenliyi uğrunda həlak olanların əziz xatirəsi daim yad edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şə-hid ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə müvafiq Fərmanla "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaü-dü" təsis edilmişdir.
Daha sonra Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə bildirib ki, keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbay-can xalqının yenilməz iradəsini qırmaq, demokratiya və azadlıq uğrunda mübarizəsini boğmağa yönələn bu amansız cinayət nəticəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda gö-rünməmiş vəhşiliklər baş verdi. Günahsız insanlar, o cümlədən uşaqlar, qocalar və qadınlar qətlə yetirildi, yüzlərlə adam müxtəlif dərəcəli bədən xəsarəti aldı. 20 Yanvardan sonrakı günlərdə də Bakıda qırğın davam etdirildi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
Digər çıxış edənlər bildirdilər ki, gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir, ordumuz güclənir. Bütün bunlar isə torpaqlarımızın erməni işğalından azad ediləcəyi günü yaxınlaşdırır. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması üçün hər bir azərbaycanlı öz üzərində daim çalışmalı, vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməlidir. Yalnız bu halda əziz şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcumuzu yerinə yetirmiş olarıq.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları xalqın yaddaşından heç zaman silinməyəcək.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024