Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-01-2019, 10:19)
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının yeni ildə ilk ünvanı Corat qəsəbəsidir

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakların qeydiyyatı ilə bağlı səyyar aksiyaları yeni ildə də davam etdirir. Belə ki, xidmətləri vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının bu il üçün ilk ünvanı Sumqayıt şəhəri, Corat qəsəbəsidir. Bütün növ daşınmaz əmlaklar üzrə qeydiyyat xidmətlərindən faydalanmaq istəyən hər bir sakin 14-18 yanvar tarixlərində saat 09:00-dan 17:00-a qədər Corat qəsəbəsi, Sülh küçəsi, 347 (İcra nümayəndəliyinin qarşısında) ünvanındakı səyyar xidmət avtobusuna yaxınlaşa bilər.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə bərabər, hüquqi xidmətlər də göstərilir. Komitənin fəaliyyəti ilə bağlı vətəndaşları maraqlandıran məsələlər eləcə də, xidmət haqqı və dövlət rüsumları barədə suallar mütəxəssislər tərəfindən cavablandırılır.
Sosial əhəmiyyətli kampaniya ilə komitənin müvafiq qurumlarına getmək imkanı olmayan şəxslər rahatlıqla mülkiyyət hüquqlarını həyata keçirir. Eləcə də, sağlamlıq imkanları məhdud və yaşlı sakinlər xidmətlərdən maneəsiz şəkildə yararlanır. Qeyd edək ki, ötən il “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Bakı şəhəri və Abşeron rayonu üzrə ümumilikdə 22 kənd və qəsəbədə təşkil olunub.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024