Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (27-11-2018, 14:27)
Rəqabətli 27 noyabr hərracı: dövlət əmlakının ilkin qiyməti 6 dəfəyə yaxın yüksəld

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən açıq və şəffaf hərraclarda iştirak edən hər kəs seçdiyi dövlət əmlakını rahatlıqla özəlləşdirə bilir. Sifariş prosedurlarının sadəliyi, iştirak üçün yaradılan fürsətlər ilə əlavə vaxta itkisinə və hərrac keçirilən məkana getməyə ehtiyac qalmır. Sadalanan bu imkanların təminatı ilə komitə tərəfindən 27 noyabr tarixində növbəti hərrac reallaşdı. Bu dəfə hərraca çıxarılan dövlət əmlaklarından 14-ü sifarişçilərin marağına səbəb oldu. İştirakçılardan 2-si seçdiyi dövlət obyekti üzrə sifarişi Elektron hərrac sisteminin yaratdığı rahat şəraitdə-onlayn formada vermişdir. Budəfəki hərracda özəlləşdirilən dövlət əmlaklarına kiçik dövlət müəssisə və obyektləri, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri aiddir.
Hərraclara çıxarılan qeyri-yaşayış sahələri sahibkarlığa başlayan və fəaliyyətini müxtəlif kiçik biznes sahələri üzrə genişləndirmək istəyənlər üçün uyğun imkanlar yaradır. Bu kateqoriya üzrə özəlləşdirilən dövlət əmlakları Bakı, Daşkəsən, Şirvan və Mingəçevir şəhərlərində yerləşir. Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki qeyri-yaşayış sahəsinin hərracında 2 sifarişçinin iştirakı bu obyektin ilkin hərrac qiymətinin 6 dəfəyə yaxın yüksəlməsinə səbəb oldu. Belə ki, rəqabətli keçən prosesdə satış qiyməti 1350 manat olan obyekt üçün iştirakçı 8 min manat təklif edərək hərracın qalibi oldu. Özəlləşdirilən və xidmət fəaliyyəti üçün əlverişli olan obyektlərdən biri də Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 ünvanında yerləşir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 154.2 kv.m-dir. Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və budəfəki hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 18 kv.m və 46.3 kv.m-dir.
Kiçik dövlət müəssisə və obyektləri üzrə sifariş verilmiş əmlaklar Şamaxı, İsmayıllı, Siyəzən və Goranboy kimi şəhər və rayonlardadır. Özəlləşdirilən dövlət müəssisələrindən olan qeyri-yaşayış binası İsmayıllı rayonu, Mican kəndində yerləşir. Adı çəkilən obyektin ümumi faydalı sahəsi 128.7 kv.m, birgə özəlləşdirildiyi torpaq sahəsi isə 790 kv.m-dir. Buraxılış tarixləri 1985-2007-ci illər olan nəqliyyat vasitələri Tofaş və Qaz markalarına aiddir. Bu avtomobillərin hərracdakı son satış qiymətləri 400 manat ilə 20 min manat arasındadır.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq və növbəti hərraclara çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək istəyənlər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 4 dekabr tarixində keçiriləcək. Ayın ilk hərracına ümumilikdə 122 dövlət əmlakı çıxarılıb. Bunlardan 76-sı kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 8-i isə nəqliyyat vasitəsidir
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024