Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (17-07-2014, 17:10)
Vitse-admiraldan Zakir Həsənova sərt ittihamlar – Məktub

 

İyulun 17-də müdafiə nazirinin sabiq müavini, Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun barəsindəəki 3 aylıq həbs müddəti uzadılıb. Bakı Hərbi Məhkəməsi vitse-admiralın daha 3 ay həbsdə qalması haqda qərar verib. Ş.Sultanov həbsinin qərəzli oduğunu bildirir. 

“Mediatv.az” xəbər verir ki, Vitse-admiral saxlanıldığı Bakı İstintaq Təcridxanasından “Yeni Müsavat”a məktub yollayıb. Vəkili Adəm Məmmədovun redaksiyaya təqdim etdiyi məktubunda vitse-admiral yazır: “Hər bir islahat qanuna əsaslanmalıdır. HDQ-də yeni müdafiə naziri tərəfindən aparılan islahat təəssüf ki, qanun pozuntusundan başlandı. Bu islahat HDQ-nın dağılmasına və kadr potensialının məhv olunmasına gətirib çıxardı”. 
Vitse-admiral yazır ki, “Azərbaycan Respublikası Təhlükəsizlik Strategiyası”nın müəllifidir və hazırda  HDQ-də baş verənlər acınacaqlı vəziyyətin yaranmasına səbəb olub: “Bunların sübutları, şahidləri kifayət qədər var və bunları müstəqil komissiyaya təqdim etməyə hazıram”. 
Vitse-admiral ona qarşı istintaqın sifarişli şər və ciddi qanun pozuntuları üstündə qurulduğunu qeyd edir: “Mən cinayətkar olsaydım çalışardım ki, Xanlar Vəliyevlə dostluq  münasibəti yaradam və onun tərəfindən qanun pozuntularına göz yumum. Lakin indinin özündə mən həbsdə olarkən öz sözümü deyirəm və inanıram ki, bu “vətən üçün lazımdır”. Hərbi Prokurorluq tərəfindən törədilən özbaşınalıqları kimsə deməlidir. Mən otaqda oturub vitse-admiral rütbəsinə çatmamışam. Hər zaman çətinliklərlə rastlaşmışam. Bu da bir sınaqdır. HDQ-də  Milli Təhlükəsizlik Nazirliyinin əks-kəşfiyyat şöbəsi var. Onlar da vəziyyətə nəzarət edirlər və hər bir qanun pozuntusu aşkar olunan zaman MTN-ə, Müdafiə Nazirliyinə yazılı məlumat verirlər və qanun pozuntusu olsa idi, onlar məlumat verərdilər”.
Ş.Sultanov müdafiə naziri Zakir Həsənovla münasibətlərinə də toxunub: “Zakir Həsənovla mənim hər zaman dost münasibətlərim olub. O, Dövlət Sərhəd Xidmətində çalışarkən tez-tez mənə müraciət edirdi ki,  DSX-də gəmilərdə olan nöqsanları aradan götürmək üçün, təmir işləri görmək üçün köməklik edim. Daxili Qoşunların komandanı olarkən biz tez-tez telefonla əlaqə saxlayırdıq. Bayramlarda təbrik edirdik və dövlət tədbirlərində birlikdə iştirak edirdik. Buna baxmayaraq, vəzifəyə təyin edilən gündən o mənə qarşı qərəzli yanaşdı və heç bir dəfə də olsun qəbul edib söhbət etmədi. Baş Qərargah rəisi Sadıqov mənə birinci gündən dedi ki, nazir  mənim öz vəzifəmdə qalmağımı istəmir. “Niyə”  sualıma cavab verdi ki, yuxarıdan belə məsləhət görülüb.  “Kim məsləhət görüb” sualıma o, cavab verə bilməyəcəyini söylədi. Buna baxmayaraq, nazirin qəbuluna keçməyə çalışsam da, qəbul otağında onun məşğul olduğunu dedilər. Belə olduqda mən raportla donanmadakı vəziyyət və gələcək inkişaf haqqında təkliflərimi məruzə etdim və məxfi poçtla göndərdim. Lakin o məni yox, 2-ci dərəcəli kapitanları çağırıb onlardan HDQ-də olan vəziyyətlə maraqlanırdı. Onlar da gəlib bunu mənə məruzə edirdi. Biz bilirik ki, hər bir sahədə yeni təyin olunmuş rəhbər ilk öncə əsas mütəxəsislərlə görüşərək, vəziyyətlə tanış olur. Zakir Həsənov təyin olunandan, dəfələrlə görüş təklifindən imtina edib, baxmayaraq ki, bu onun vəzifə borcu olub”. 
Vitse-admiral yazır ki, yeni tikilən HDQ-nin bazasına baxış zamanı fürsətdən istifadə edib və Z.Həsənovdan qəbuluna düşmək üçün xahiş edib: “Lakin o dedi ki, “sizdə Xanlar Vəliyev yoxlama aparır, onu yola versəniz sizi qəbul edərəm”. Bu da onu göstərir ki, bu planlaşdırılmış qanunsuz bir təxribatdır. 
Yoxlama ciddi qanun pozuntuları ilə başladı və mənə imkan verilmədi ki, mən yoxlamada bir komandan kimi iştirak edim və yoxlamanın suallarına cavab verim. Yoxlama zamanı ciddi qanun pozuntularının sübutları və dəlillər var. Mən prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyevlə görüşüb HDQ-da baş verənləri və RHP tərəfindən yoxlama zamanı buraxılan ciddi səhvləri ona bildirmək istədim. Bu xahişimə Vahid Əliyev etiraz edərək çox məşğul olduğunu söylədi. Vahid Əliyevə növbəti zənglərim nəticəsiz qaldı. Bundan sonra Baş Qərargah rəisi Nəcməddin Sadıqovla görüşüb baş verənlərə qarşı tədbir görməyini xahiş etdim. O, söylədi, ki Xanlar Vəliyev MN-ə HDQ-də böyük yeyinti olduğunu bildirib və MN bunun təsdiqini almadan Ali Baş Komandana artıq məruzə edib. Beləliklə, cinayət işi açmağa razılıq alınıb”.
Vitse-admiral yazır ki. bundan sonra onu müdafiə nazirinin əmri ilə məcburi şəkildə 45 günlük məzuniyyətə göndəriblər və məzuniyyətdən qayıdan kimi işdən uzaqlaşdırıblar: “İşdən uzaqlaşdırmanı - yəni təqaüdə təqdimat müdafiə naziri tərəfindən hazırlanmış ciddi qanun pozuntusudur. Cənab prezident Strasburqda Avropa Parlamentinin Nazirlər Komitəsində sədrliyi qəbul etmək münasibəti ilə çıxış edərək qeyd edirdi ki, bizim ölkədə insan hüquqlarına hörmətlə yanaşırlar və insan hüquqlarını qorumaq dövlət siyasətidir. Hüquqlarım pozulub və cənab prezidentə müraciət göndərmişəm.  Xahiş etmişəm ki, hüquqlarımı bərpa etmək üçün mənə köməklik göstərsin. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətkeçmə haqda qanunun 162-ci maddəsində göstərilir ki: - Hər bir hərbçi ordu sıralarından buraxılarkən onunla komandiri, bilavasitə rəisi  (admiral və generallarla müdafiə naziri) ordudan buraxılış haqda ən azı iki fərdi söhbət aparmalıdır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri, vaxtı və digər suallar aydınlaşdırılır. İkinci söhbət buraxılma haqda təqdimatın göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir. Aparılan söhbətlərin məzmunu “söhbət vərəqəsində” öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçunun və komandir tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır.
Mənimlə heç bir söhbət aparılmayıb və heç bir “söhbət vərəqəsi” mövcud deyil! Təqdimat müdafiə naziri tərəfindən gizli şəkildə hazırlanıb və ciddi qanun pozuntusu ilə cənab prezidentə təqdim olunub və bunun əsasında sərəncam hazırlanıb. Admirala heç bir şans verilməyib ki, öz sözünü desin. 
Adi fəhlə Əmək Məcəlləsinə uyğun olaraq öncə işə götürən tərəfindən xəbərdar olur ki, hansı səbəblərə görə və nə vaxt işdən uzaqlaşdırılır. Əks tədqirdə o fəhlə məhkəməyə verib öz hüquqlarını qoruyur. Mən isə “Vətəni qorumaq” peşəsinə 40 il ömrümü həsr etmişəm, bütün çətin yollardan keçmişəm və vicdanla xidmət etmişəm. Buna sübut tərcümeyi-halımdır və təltif olunduğum dövlət mükafatlarıdır. Təqaüdə çıxmağıma hələ dörd ilim var və qanunauyğun olaraq yeni müdafiə naziri məni bu vəzifədə uyğun görmürsə, bir pillə aşağı vəzifə təklif etməlidir. Ən maraqlısı odur ki, müdafiə nazirinin müavini Çingiz Məmmədov, müdafiə nazirinin əmrini elan etmək üçün HDQ-nə gəldi və birinci mənə müdafiə naziri adından “Qüsursuz xidmətlərə görə” birinci dərəcəli medal təqdim etdi. Sonra isə müdafiə nazirinin əmrini verdi ki, mən “xidməti uyğunsuzluğa görə” təqaüdə göndərilirəm. Bu heç bir məntiqə sığışmayan haldır. 
Yəni müdafiə naziri imkan vermədi ki, ölkəmizin admiralı öz sözünü desin. Mən üzümü Ali Baş Komandana tutub  müraciət yazmışam və inanıram ki, bu haqsızlıqları biləndən sonra o ədalətli qərar qəbul edəcək. 
Mən ulu öndərimiz Heydər Əliyevin yetirməsiyəm, 15 yaşımdan hərbiçiyəm və 40 il “Vətəni qorumaq” peşəsinə ömrümü həsr etmişəm. Bu qanunsuzluqların qabağı alınmasa onda zabitləri nə gözləyir?”
Ş.Sultanov onun müdafiəçisi Adəm Məmmədova və HDQ zabitlərinə Hərbi Prokurorluğun təyziqlər göstərdiyini də yazaraq qeyd edir ki, növbəti məktublarını da hazırlamaqla məşğuldur. 
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğu tərəfindən yayılan rəsmi məlumatda bildirilirdi ki, HDQ-də aparılan kompleks yoxlamalar nəticəsində ciddi qanun pozuntuları aşkar edilib. Həmin qanun pozuntuları ilə bağlı CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb. Müəyyən olunub ki, vitse-admiral Şahin Sultanov Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsində xidmət etdiyi müddət ərzində vəzifə saxtakarlığına yol verməklə külli miqdarda dövlət əmlakını talayıb. Ş.Sultanovun qanunazidd əməlləri sübuta yetirildiyindən o, CM-in 313 və 179.3.2. maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024