Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-11-2018, 12:30)
Komitələrdə büdcə müzakirələrinə yekun vurulacaq

 Bu gün Milli Məclisin (MM) komitələrində 2019-cu ilin büdcə müzakirələri davam etdiriləcək.
Mediatv.az-ın xəbərinə görə, bu dəfə daha beş komitə - MM-in İnsan hüquqları, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də, Gənclər və idman komitələri birgə iclasda büdcəni müzakirə edəcəklər.
İclasa vitse-spiker, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrlik edəcək.
İclasa adıçəkilən komitələrin üzvləri ilə yanaşı, maliyyə naziri Samir Şərifov, həmçinin, digər nazirliklərin və dövlət qurumlarının rəhbər şəxsləri qatılacaqlar. İclasda öncə S.Şərifovun məlumatı - məruzəsi dinləniləcək, sonra onun ərtafında müzakirələrə başlanılacaq.
Qeyd edək ki, parlament komitələrində büdcə müzakirələrinə sabah yekun vurulacaq. Belə ki, MM-in Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il büdcəsi müzakirə ediləcək və gələn həftədən başlayacaq plenar iclasların müzakirəsinə tövsiyə olunacaq.
шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024