Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-10-2018, 09:52)
22 noyabr 2018-ci il Azərbaycan Respublikası ədliyyəsinin 100 illiyi tamam olur.

Azərbaycan ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə ADR-nin yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmışdır.

Azərbaycan Demokratik Respublikası 1920-ci il aprel ayının 24-28-də Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmişdir. Onun əvəzinə Xalq Ədliyyə Komissarlığı yaradılaraq onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin, 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.

1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, istimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyinə nəzarət etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, Ədliyyə hüquqi yardımın təşkili, pentenstar sistemin idarə olunması, Ali məhkəməyə, prokurorluğa və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilmişdir.

1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmiş, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil olunmuş və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülmüşdür.

İfrat mərkəzləşdirilmiş hakimiyyətə aludəçilik, ayrı-ayrı dövrlərdə ədliyyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi.

Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkminləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır.

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və cənab Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsas tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi.

Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və cənab Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra notariat sistemi də yeni mərhələyə qədəm qoydu.

1993-cü il noyabrın 26-da “Notariat haqqında” qanun qəbul edildi və 2000-ci il yanvarın 30-da isə qüvvəyə mindi. Bu qanun özündən əvvəlki qanunla müqayisədə xeyli təkminləşdirilmişdir. Belə ki, qanunda xüsusi notariusların yaradılması və onlara dövlət notariusiarı ilə eyni hüquqlar verilməsi nəzərdə tutulurdu.

Hüquq-mühafizə orqanının ayrılmaz tərkib hissəsi olan notariat Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş vətəndaşların hüquq və qanuni mənafeyinin hüquqi müdafiəsinin etibarlı təminatçısıdır. Ölkəmizdə notariat fəaliyyəti özəlləşir və bu baxımdan obyektiv, qərəzsiz notariat fəaliyyətini təmin etmək üçün dövlət xüsusi notariusların maddi cəhətdən heç nədən asılı olmamalarında daha çox maraqlıdır.

Notariat institutunun tarixi çox qədim zamanlara gedib çıxır. Tarixin müxtəlif dövrlərində notariuslar cəmiyyətin çox fərqli təbəqələrinə - kilsəyə, ayrı-ayrı şəxslərə, dövlətə qulluq göstərsələr də, notariat institutunun mahiyyəti dəyişməz olaraq qalır: dövlət əhəmiyyətli sənədlərin vətəndaşlar arasında bağlanan müqavilələrin hüquqi xarakter alması və hüquqi nəticələr yarada bilməsi üçün notariusun təsdiqi (imza, möhür və s.) vacibdir. Bu notariusun üzərinə olduqca böyük məsuliyyətlər qoyur. Məhz buna görə də yuxarıda qeyd etdiyimiz kimi hələ ta qədimlərdən notarius fəaliyyəti ilə məşğul olmaq üçün ciddi şərtlər qoyulmuş, notariusun dürüstlüyü və qanunlara riayət etməsi ilə fərqlənən vətəndaşlar arasından seçilməsi nəzərdə tutulmuşdur. Onu da qeyd edək ki, Ədliyyə Nazirliyinin mühüm strukturu kimi vətəndaşlarla gündəlik təmasda olan, onlara hüquqi yardım göstərən, mülkiyyət münasibətlərini qanunvericilik əsasında tənzimləyən notariat orqanlarının statusunu, onların fəaliyyət istiqamətlərini vətəndaşlar getdikcə daha dərin dərk edir, hüquqi sənədlərin rəsmiləşdirilməsinə ciddi yanaşırlar. Bu sahəyə edilən müraciətlərin sayının artması, onun əhatə dairəsinin genişlənməsi isə “Notariat haqqında” qanunun daha da təkminləşdirilməsini zəruri etmişdir. Bunun da sayəsində əvvəlki illərlə müqayisədə notariat hərəkətlərinin sayı artmış, elektron notariat və vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış, qeydiyyat informasiya sistemi yaradılmış, dövlət notariat kontorları və qeydiyyat orqanları vahid elektron şəbəkədə birləşdirilmişdir. Həmin informasiya sistemləri vasitəsilə notariat hərəkələrinin rəsmiləşdirilməsi xeyli sadələşdirilmişdir.

Mən Bakı şəhər 31 saylı  Notariat Kontorun xüsusu notariusu ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi barədə verdiyi tapşırığı əsas tutaraq vətəndaşların müraciətinə qayğı və həssaslıqla yanaşıram. Çalışıram ki, edilən müraciətlərin həllini qanuni şəkildə vətəndaşlara izah edib aydınlaşdırım.

Bakı şəhər 31 saylı Dövlət Notariat Kontorunun əməkdaşları başda Ədliyyə Naziri cənab Fikrət Məmmədov olmaqla nazirliyin bütün kollektivini, Notariat idarəsinin rəhbərliyini və bütün əməkdaşlarını, eləcə də qeydiyyat və notariat baş idarəsinin əməkdaşlarını, ümumiyyətlə bütün ədliyyə işçilərini 22 noyabr peşə bayramı münasibətilə təbrik edir, onların hər birinə ayrı-ayrılıqda can sağlığı, işlərində nailiyyətlər və ailə səadəti arzulayırıq.

Bayramınız mübarək olsun, əziz həmkarlarımız!

31 saylı Notariat Kontorunun Notariusu Ramiz Hümmətov

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024