Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (19-10-2018, 17:00)
Bioloji fəallığa malik qidaların yoxlanılması ilə bağlı İşçi qrupu yaradılır

Bioloji fəallığa malik qidaların yoxlanılması ilə bağlı İşçi qrupu yaradılır

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Səhiyyə Nazirliyinin tabeliyində olan “Analitik Ekspertiza Mərkəzi” MMC arasında bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Mediatv.az-ın  məlumatına görə, memorandumu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev və “Analitik Ekspertiza Mərkəzi” MMC-nin direktoru Murad Süleymanov imzalayıb.

Tədbirdə agentliyin sədr müavini Balarəhim Quliyev deyib ki, anlaşma memorandumunun imzalanmasında əsas məqsəd qanunvericilikdə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə vəzifələrin və hüquqların həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və əhalinin təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin edilməsində birgə səylərin artırılmasıdır.

Balarəhim Quliyev bildirib ki, araşdırmalar nəticəsində müəyyən olunub ki, Azərbaycanda dövriyyədə olan və ya idxal olunan 15 adda məhsul insan sağlamlığına son dərəcə təhlükəlidir:

“50 adda məhsul isə özünün xüsusiyyətləri və tərkibində olan ana maddə və yarımçıq vasitələrin dozalarına görə bioloji fəallığa malik qida əlavəsi deyil, dərman vasitələrinə aiddir. İnsan sağlamlığı üçün təhlükəli məhsulların idxalı dayandırılıb”.

Sədr müavini qeyd edib ki, memoranduma əsasən, hazırda İşçi qrupu yaradılır:

“Tədbirlər planı hazırlanır və yoxlamaların hansı səviyyədə keçirilməsi barədə bundan sonra qərar veriləcək”.

“Analitik Ekspertiza Mərkəzi” MMC-nin direktoru Murad Süleymanov bildirib ki, satışı qadağan edilmiş bioloji fəallığa malik qida əlavələri dövriyyədən çıxarılması üzrə birgə yoxlamaların aparılması, eyni zamanda, mütəmadi monitorinqlərin aparılması qarşılıqlı əməkdaşlıq planlarına daxildir.

Qeyd edək ki, anlaşma memorandurumunda əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, bioloji fəallığa malik qida əlavələrinin insan sağlamlığına potensial təhlükəsinin müəyyənləşdirilməsi, bu sahədə normativ hüquqi aktların, normativ-texniki sənədlərin, norma və qaydaların beynəlxalq standartlarına uyğun olaraq hazırlanması, təhlillərin aparılmas, mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması sahəsində tərəflərin mütəxəssislərinin iştirakı ilə birgə İşçi qruplarının yaradılması əsas istiqamətlərdən biridir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024