Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-10-2018, 14:00)
Deputat: Tikintidən qabaq texniki nəzarət olmalıdır

Deputat: Tikintidən qabaq texniki nəzarət olmalıdır

 

Badamdarda, Bayılda sürüşmə hələ bir neçə il öncədən yaranmağa başlayıb. Yadımdadır ki, o zaman vəziyyətin aradan qaldırılması üçün hansısa tədbirlər görüldü. Sonradan o tədbirlər davam etdirildi, etdirilmədi, indi bu haqda dəqiq bir söz deyə bilmərəm, amma şəxsi fikrimdir ki, sürüşməyə səbəb suyun, qurunt, kanalizasiya sularının davamlı axmasıdır.

Yəni, müəyyən versiyalar var ki, kanalizasiya sistemi çox yararsız olub, bəzi hallarda isə heç olmayıb və nəticədə, belə bir vəziyyət əmələ gəlib. Ancaq onu bilirəm ki, belə yerlərdə, seysmik cəhətdən təhlükəli olan ərazilərdə mütəmadi olaraq işlər aparılmalıdır.

Bunu Mediatv.az-a Bakını (Xəzər rayonunu) parlamentdə təmsil edən millət vəkillərindən biri Rauf Əliyev deyib.

“Bu gün, yəqin ki, bu işlər aparılır və ya aparılması nəzərdə tutulur. Amma bütün hallarda bu məsələdə diqqətli və həssas olmaq lazımdır. Məlumata görə, artıq müəyyən tədbirlər planı da hazırlanıb.

Yəni, Milli Elmlər Akademiyası, Respublika Seysmoloji Xidmət Mərkəzi, Fövqəladə Hallar Nazirliyi və digər qurumlar bu planı bir yerdə hazırlayıblar və bildiyim qədəri ilə, Yaponiyadan olan mütəxəssisləri də bu məsələyə cəlb ediblər”, - deyən millət vəkilinin sözlərinə görə, hər zaman çalışmaq lazımdır ki, bu cür problemlər ortaya çıxmasın, insanlar, vətəndaşlar, bütövlükdə dövlət narahatlıqlarla üzləşməsin.

“Heç cür arxayınlığa yol verilməməlidir. Bu o demək deyil ki, sabah, birisi gün və ya bir-iki ildən sonra bu məsələlər, bu problemlər yenidən ortaya çıxmayacaq, təkrarlanmayacaq. Odur ki, indidən tədbirlər görülməlidir. Kanalizasiya çəkilməlidirsə, çəkilməlidir, yenilənməlidirsə, yenilənməlidir.

Quyular boşaldılmalıdırsa, boşaldılmalıdır, nəzarət olmalıdırsa, olmalıdır. Adıçəkilən ərazilər seysmik zonadır və daim nəzarət altında saxlanılmalıdır. Müxtəlif texnologiyalar var ki, sürşməsinin qaraşını ala bilər, onların tətbiqi lazımdır”, - deyə millət vəkili qeyd edib.

Bakının seysmik cəhətdən nisbətən uzaq olan yerlərində, magistral yollarda, yeni mənzil tikilən ərazilərdə sürüşmələrin, çatların yaranmasına, uçqunların baş verməsinə gəlincə, millət vəkili bunun da ürəkaçan bir mənzərə olmadığını, hər kəsi narahat etdiyini söyləyib.

“Mənim fikrimcə, hər bir tikintidən qabaq texniki nəzarət olmalıdır. Layihə təsdiqlənməlidir. Yadımdadır, hələ sovetlər dövründə belə bir sistem vardı ki, tikinti ilə bağlı bütün tələblər - normativlər yerinə yetirilməlidir. Odur ki, aidiyyəti orqanlar indi də bu tələbləri yerinə yetirməli, ona riayət etməlidirlər.

Məhz texniki nəzarətdən, tikinti ilə bağlı layihənin təsdiqindən sonra hər bir tikintiyə başlanılmalıdır. Bunlarsız olmamalıdır və buna əməl etməyənlər qanun qarşısında cavabdehlik daşımalıdırlar”.

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024