Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (6-10-2018, 12:00)
Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edildi

Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edildi

 

Milli Məclisin (MM) payız sessiyasının bu gün keçirilən plenar iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

Mediatv.az  xəbər verir ki, dəyişiklik yerin təkinin qorunması və istifadəsi qaydalarını pozmağa görə cəzaların sərtləşdirilməsi ilə bağlıdır.

Məcəllənin 255-ci (Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddəsinin birinci bəndinə əsasən, Dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb olduqda 3 min manatdan 6 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 1 ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Dəyişikliklə cərimənin məbləği aşağı həddi 6 min, yuxarı həddi isə 10 min manat nəzərdə tutulur. Bundan başqa, bəndə 1 il müddətə azadlıqdan məhrumetmə cəzası da əlavə edilib.

Maddəyə əlavə edilən, 255.2-ci bəndə əsasən, birinci bənddə nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər nəticələrə səbəb olduqda cinayət nəticəsində vurulan ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə üç ildən beş il ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib.

Məcəllənin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsinin 0.9-cu bəndinə əsasən, yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin dayandırılmamasına və lisenziya və ya icazə verən orqana məlumat verilməməsinə görə fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 1200 manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Dəyişikliyə əsasən, fiziki şəxslər 1500 manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 20 min manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik layihələri səsverməyə çıxarılaraq , birinci oxunuşda qəbul olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024