Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-09-2018, 13:25)
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

26 sentyabr 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə Rayon İcra Hakimiyyəti və Rayon Prokurorluğunun rəhbərliyi İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyi və qarşıdan gələn prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Rayon Prokurorluğunun əməkdaşlarının timsalında bütün prokurorluq əməkdaşlarını təbrik edərək onlara dövlətimizin və dövlətçiliyimizin cinayətkar qəsdlərdən qorunması istiqamətindəki yorulmaz fəaliyyətlərində uğurlar arzulayıb.

A.Fərzəliyev yüz il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində fəaliyyətə başlamış və uzunmüddətli və mürəkkəb inkişaf yolu keçmiş Azərbaycanın prokurorluq orqanlarının xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə həyata keçirilən möhtəşəm və hərtərəfli islahatlar nəticəsində, hazırda tamamilə yenidən qurularaq, mütərəqqi normativ-hüquqi bazaya, demokratik məzmunlu fəaliyyət prinsiplərinə və iş metodlarına malik olan, cəmiyyətdə statusuna uyğun yerini tutmuş təsisata çevrildiyini vurğulayaraq, müasir Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin siyasi irsinin ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də prokurorluğa dövlət qayğısı və diqqətin ən yüksək səviyyədə olduğunu, dövlətimizin başçısının müvafiq fərman və sərəncamları ilə təsdiq olunmuş Dövlət proqramlarının icrası nəticəsində prokurorluq orqanlarında bütün istiqamətlər üzrə işin səmərəliliyinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həmçinin yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Rayon Prokuroru Vüqar Əliyev səmimi təbriklərə görə öz adından və rəhbərlik etdiyi qurumun kollektivi adından rayon rəhbərliyinə dərin minnətdarlıq bildirərək, xalqımızın rifahı naminə Heydər Əliyev ideallarına sədaqət nümayiş etdirəcəklərini, qanunla üzərlərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəklərini, qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətlərini daim gücləndirəcəklərini, insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığa qarşı mübarizədə barışmaz mövqe tutacaqlarını əmin edib. V.Əliyev vaxtilə Ulu Öndər Heydər Əliyevin və hazırda Prezident cənab İlham Əliyevin prokurorluq işçilərinin əməyinə verdikləri yüksək qiymətin hər bir prokurorluq işçisində xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi və iftixar hissi yaratdığını və onları öz fəaliyyətlərinə daha tələbkar, məsuliyyətlə yanaşmağa səfərbər etdiyini xüsusi vurğulayıb.

Daha sonra İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri çıxış edərək prokurorluq işçilərinin bundan sonra da üzərilərinə düşən bütün vəzifələri yüksək keyfiyyətlə yerinə yetirərək Vətənimizə, xalqımıza və dövlətimizə sədaqətlə xidmət etməklə fəaliyyətlərini qanunvericiliyin müəyyən etdiyi tələblər səviyyəsində quracaqlarına, insan hüquq və azadlıqlarının müdafiəsində, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin aparılmasında yeni nailiyyətlər əldə edəcəyinə əminlik ifadə ediblər.

Sonda xidməti fəaliyyətində fərqlənən Rayon Prokurorluğunun bir qrup əməkdaşına Rayon İcra Hakimiyyətinin Fəxri fərman və hədiyyələri təqdim edilib.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024