Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-09-2018, 13:59)
Ağac kəsiminə görə cəzaların sərtləşdirilməsi təklif olunur

Ağac kəsiminə görə cəzaların sərtləşdirilməsi təklif olunur

 

 

 

Yaşıllıqları məhv edən insanlar ciddi şəkildə cəzalandırılmalıdır. Bununla bağlı qanunvericiliyə daha ciddi dəyişikliklər edilməli, daha ciddi sərtləşdirmələr nəzərdə tutulmalıdır. Həm çərimələr artırılmalı, həm də cəzalandırma tədbirləri qanunvericilikdə əksini tapmalıdır.

Mediatv.az-ın xəbərinə görə, bunu millət vəkili Hüseynbala Mirələmov Milli Məclisin (MM) 2018-ci il payız sessiyası ilə bağlı parlamentin Aqrar siyasət komitəsinin sentyabrın 12-də keçirilən ilk iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, yaşllıqların məhv edilməsi ilə bağlı həyəcan təbili çalınmaqdadır:

“Hər gün mediada bu haqda xəbərlərə rast gəlmək olmur. Axşam keçdiyin ərazidə yaşıllığı görürsən, ancaq səhər tezdən görürsən ki, həmin ərazidə yaşıllıqdan əsər-əlamət qalmayıb. Bu, cinayətdir, təbiətin məhv edilməsidir, ekologiyaya böyük ziyan vurulmasıdır.

Hansı ki, xaricdə adi bir kəpənəyi öldürənə az qala böyük cəza verilir. Ona görə də yaşıllıqları məhv edən insanlarla bağlı daha ciddi cəzalandırmalar, maliyyə sanksiyaları nəzərdə tutulmalıdır”.

Millət vəkilləri Cavanşir Paşazadə və Novruz Aslan da həmkarlarının fikirlərini dəstəkləyiblər, bu məsələdə cəzalandırma tədbirləri ilə yanaşı, maarifləndirmə tədbirlərinin də artırılmasını vacib sayıblar.

Adıçəkilən komitənin sədri Eldar İbrahimov yaşıllıqların məhv edilməsini cinayət əməli adlandırıb.

O bildirib ki, ölkədə yaşıllıqların qorunub-saxlanılması, yeni yaşıllıqların salınması dövlət başçısının, o cümlədən, birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir:

“Heydər Əliyev Fondu tərəfindən nə qədər yaşıllıqlar salınıb, hamımızın gözü qarşısındadır. Əvvəllər rayonlara gedəndə yol kənarlarında yaşllıqlara rast gəlmək olmurdu, xüsusilə, yeni yaşıllıqlara. Amma indi rayonlarda gedəndə görürsən ki, əməlli-başlı yaşıllıqlar salınıb.

Bunlar adamı fərəhləndirir. Amma təbii ki, yaşıllıqların məhv edilməsi hallarına rast gəlinir ki, bu da hamımızı üzür, narahat edir. Bununla da bağlı dövlət tərəfindən addımlar atılır, bu işi edənlər cəzalandırılır, cərimələnir. Qanunlara edilən dəyişikliklər məhz bundan irəli gəlir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024