Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-09-2018, 10:08)
Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

 

Mediatv.az xəbər verir ki Əmlak Məsələləri Dövlət Komitəsi ilə Kənd Təsərüfatı Nazirliyi arasında əməkdaşlıq istiqamətləri, iki tərəfli əlaqələrin perspektivlərinin müəyyən edilməsi ilə bağlı 12 sentyabr tarixində, saat 11:30-da tədbir keçiriləcəkdir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Kənd Təsərrüfatı Naziri İnam Kərimov iki qurum arasında birgə əməkdaşlığa dair Memorandum imzalayacaqlar.

Tədbir Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (Heydər Əliyev prospekti, 139 A) keçiriləcək.

Memorandumun əsas hədəfi Azərbaycan Respublikası ərazisində torpaqlardan səmərəli istifadəyə dair məlumat və təcrübə mübadiləsi, o cümlədən birgə layihələrin həyata keçirilməsi, fəaliyyət istiqamətləri üzrə strateji planlaşdırma və innovasiyaların tətbiqi sahələrində əməkdaşlığın həyata keçirilməsidir.

Tədbir çərçivəsində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki mühüm layihələrdən olan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin ilkin nəticələri, o cümlədən müvafiq proqram təminatları və bu sahədə tətbiq olunan innovasiyalar canlı şəkildə nümayiş ediləcək.

 

 

 

Hörmətlə,

 

Əmlak Məsələləri Dövlət Komitəsinin

İnformasiya, ictimaiyyətlə əlaqələr və

protokol şöbəsinin müdiri Qulu Xəlilov

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024