Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (20-08-2018, 18:30)
Sərhədçilərin birgə taktiki döyüş təlimi sona çatıb - FOTO

Sərhədçilərin birgə taktiki döyüş təlimi sona çatıb - FOTO

 

Dövlət Sər­həd Xidmətinin (DSX) silahlı birləşmələrinin birgə taktiki döyüş təlimi sona çatıb.

Bu barədə Mediatv.az-a DSX-dən məlumat verilib.

“Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölmə­sin­də təhlükəsizliyin təmin edilməsi” mövzusunda keçirilən taktiki döyüş təli­minin əsas hədəfləri Xəzər dənizində neft-qaz ehtiyatlarının hasilatı və daşınması infrastrukturunun, sualtı boru kəmərlərinin mü­ha­fi­zəsi­nin təşkili, sualtı müşahidə sistemləri vasitəsilə hədəflərin aşkarlan­ması, dənizdə və sahildə təxribat qruplarının axtarışı və zə­rər­sizləşdi­rilməsi, gəmi və helikopterlərlə sərhəd axtarışının aparıl­ması, raket-ar­tilleriya qurğularından atışların keçirilməsi, sərhəd sula­rından qa­nun­suz məqsədlərlə istifadə hallarının, narkotik vasitələrin və digər qa­çaqmalın, qeyri-leqal miqrasiya cəhdlərinin qarşısının alınma­sı üzrə şəxsi heyətin peşəkarlıq səviyyəsinin yoxlanılması və təkmil­ləşdi­ril­məsi olub.

DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçi gə­milərinin, Çevik Hərəkət Qüvvələrinin pilotsuz uçuş aparatları və heli­kopterlərinin raket komplekslərindən, zenit-artilleriya qurğularından suüstü, sahil və hava hədəflərinə döyüş atışları müvəffəqiyyətlə hə­yata keçirilib, neft-qaz infrastrukturu istiqamətində təxribat qrupunu havadan dəstəkləyən pilotsuz uçuş aparatının, sualtı və sahildə dü­şərgə qurmuş təxribat qruplarının aşkarlanması və məhv edilməsi üz­rə tapşırıqlar yüksək məharətlə icra edilib. Təlimdə qarşıya qoyu­lan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyevin tapşırığı əsasında yaradılmış Dövlət Sər­həd Xidməti Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mər­kə­zi”ndə in­şa edilmiş, itisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl na­viqasiya və radiotexniki avadanlıqlarla, müasir silahlarla təchiz edil­miş sərhəd gözətçi gəmiləri taktiki döyüş təlimində yüksək manevr im­kanları və döyüş qabiliyyəti nümayiş etdiriblər.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev taktiki döyüş təliminin uğurlu yekunu, nümayiş etdirilmiş yüksək döyüş qabiliyyəti münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində dövlət sərhədlərinin etibarlı mühafizəsinin, neft-qaz hasilatı və daşın­ması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi üzrə vəzifələrin Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında yerinə yetirməyin böyük şərəf olmasını xü­su­si vurğulayıb, Xəzər dənizində sərhəd müha­fizə imkanlarının tək­mil­ləş­dirilməsi, şəxsi heyətin peşəkarlığının daha da təkmilləşdirilməsi üzrə tapşırıqlar verib, xidməti-döyüş fəaliyyə­tin­də növbəti uğurlar ar­zu­­layıb.

 

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024