Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-08-2018, 14:30)
Milləti şadlıq evlərinin əsarətindən qurtarmaq lazımdır - RƏY

 Milləti şadlıq evlərinin əsarətindən qurtarmaq lazımdır - RƏY

 

Toy, yas mərasimləri qarın otarmaq yeri deyil, yeni qurulan ailələrə, həyatdan köçənlərin yaxınlarına dəstək yeridir.

Kimsəni xərcə, sıxıntıya salmadan əylənmək də olar, kədərlərinə şərik olmaq da. Nəhayət ki, bu vəhşi toy adətimizdən, qeyri-mədəni yas mərasimlərimizdən qurtulmanın yolu tapılmalıdır.

Mediatv.az  xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, hələ toy səviyyəsində keçirilən “xınayaxdı”, “ciyər axşamı” kimi tədbirlər də maddi və vaxt israfının mənasız formalarıdır. 

Onun sözlərinə görə, yüksək məbləğə toya dəvət edilən müğəninin canlı səsini duymaq olmur, ancaq təkcə özünü nümayiş etdirməyə görə azərbaycanlı ona səxavətlə pul ödəyir:

“Harınlar üçün, şöhrətpərəstlər üçün kifayət qədər alternativlər var, Las-Veqas, Kanar adaları, “Mardan Palace”, onlarla başqa qapalı ehtişamlı məkanlar, buyurub toylarını, məclislərini keçirsinlər, atəşfəşanlıq etsinlər, pullarını istədikləri qədər israf etsinlər.

Normal ailə qurmaq istəyən sadə çoxluq üçün bu mərasimlər sadələşdirilməlidir, pullar yeni qurulan ailənin dirçəldilməsi üçün sərf olunmalıdır. Şadlıq evlərinin əsarətindən milləti qurtarmaq lazımdır.

Yas mərasimləri də hansısa ailənin üzüntü içində olan insanları üçün dəstək və kədərə şərik olma xarakteri daşımalıdır. Borc içində batıb gələnləri yola salmağa müqəddəs vəzifə kimi baxan bir obrazdan insanlarımızı qurtara bilməyəcəyik.

Sevinmək də lazım, kədərlənmək də, bu insan təbiətinə aid gerçək duyğulardır, ancaq sevinc və kədəri bir tərəfə buraxıb özünə mənasız yerə əzab vermək, özünü maddi sıxıntıya soxmaq axmaqlıqdan başqa bir şey deyil”.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024