3 nəfərin ölümündə təqsirləndirilən sürücü məhkəməyə gəlmədi - SƏBƏB » Mediatv.az informasiya portalı
Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət, Kriminal (20-07-2018, 16:00)
3 nəfərin ölümündə təqsirləndirilən sürücü məhkəməyə gəlmədi - SƏBƏB

3 nəfərin ölümündə təqsirləndirilən sürücü məhkəməyə gəlmədi - SƏBƏB

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxıda ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlqar İbrahimov və Gülnarə Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Mediatv.az  report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş İ.İbrahimovun məhkəməyə gəlmədiyi məlum olub.

Daha sonra təqsirləndirilən İ.İbrahimovun vəkili vəsatət qaldırıb. O bildirib ki, hadisədən sonra müvvəkilinin ayağında çürümə olduğu üçün 5 sm uzunluğunda kəsilib.

Vəkil buna görə məhkəmədən vaxt istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Proses iyulun 27-dək təxirə salınıb.

Qeyd edək ki, ölümlə nəticələn yol-nəqiliyyat hadisəsi ötən il oktyabrın 2-də saat 9:00 radələrində Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində baş verib.

Həmin ərazidə Bakı şəhər sakini G.Hüseynovanın və Ağsu rayon sakini İ.İbrahimovun idarə etdikləri "Mercedes" markalı iki avtomobil toqquşub. Nəticədə G.Hüseynovanın sərnişinləri - əri Elman Cəbiyev, qızı Nigar Hüseynova, habelə İ.İbrahimovun sərnişini - Ağsu rayon sakini Teymur Soltiyev hadisə yerində ölüblər, hər 2 sürücü və digər sərnişinlər xəstəxanaya yerləşdiriliblər.

Daha sonra İ.İbrahimov və G.Hüseynova saxlanılıb. Hər iki şəxsin barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
18 08 2018
18 08 2018
18 08 2018
18 08 2018
18 08 2018
18 08 2018
18 08 2018
18 08 2018
18 08 2018
18 08 2018
18 08 2018
18 08 2018
18 08 2018
18 08 2018
18 08 2018
18 08 2018
18 08 2018
18 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018
17 08 2018