Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-07-2018, 16:00)
General: Naxçıvanda qazanılan uğurlar kompleks islahatların nəticəsidir

General: Naxçıvanda qazanılan uğurlar kompleks islahatların nəticəsidir

 

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, qoşun qisimləri və əlahiddə hərbi bölmələrin şəxsi heyətlə iş üzrə komandir müavinləri və psixoloqların təlim-metodiki toplantısı keçirilib.

Mediatv.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə,tədbirdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev bildirib ki, məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatların nəticəsidir.

Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev çıxışında hərbi intizamın möhkəmləndirilməsinin ordunun döyüş qabiliyyətinə təsir edən əsas amillərdən olduğunu vurğulayıb və bir çox xidməti məsələlərə toxunub.

Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun artırılmasında hərbi vətənpərvərlik mahnılarının rolundan danışan Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bu mövzuda yazılan marşların, şeirlərin, mahnıların şəxsi heyəti döyüşə ruhlandırdığını vurğulayıb.

Toplantının sonunda hesabat dövründə döyüş və mənəvi-psixoloji hazırlığın yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi işində nümunəvi xidmətləri ilə fərqlənən  zabitlər mükafatlandırılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024