Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-07-2018, 15:00)
Dövlət Komitəsi: "Dini radikalizm, dini ekstremizm yalnız islam dinində deyil, başqa dinlərdə də var"

Dövlət Komitəsi: "Dini radikalizm, dini ekstremizm yalnız islam dinində deyil, başqa dinlərdə də var"

 

Dini radikalizm, dini ekstremizm yalnız islam dininə aid deyil, bunlar başqa dinlərdə də var.

Mediatv.az  Trend-ə istinadən xəbər verir ki, bunu "Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bütün dinlərdə sülhə çağırış var. Din terrora çağırış edə bilməz.

M.Qurbanlı qeyd edib ki, hər il dünyada ən azı 30-35 min insan terrordan ölür: "Nadir ölkələr var ki, terroru himayə edirlər. Dövlət səviyyəsində də terroru müdafiə edən ölkələr var. İndiki dövrdə terroru müdafiə edən ölkələr təcrid olunurlar".

Komitə sədri əlavə edib ki, dini ekstremizmə qarşı mübarizə ümumbəşəri xarakter daşıyır. Bütün ölkələr bu mübarizədə iştirak edir:

"Dini radikalizm, ekstremizmin davamı mütləq terrora gətirib çıxardır və bu terror təhlükəsi ümumilikdə hər bir ölkə və fərd üçün olduqca təhlükəlidir. Dindən sui-istifadə edərək insanlara qarşı terror törətmək, ayrı-ayrı ölkələrdə qarışıqlıq, müharibə yaratmaq böyük faciələrə gətirib çıxarır. Buna qarşı mübarizə aparmaq lazımdır. Bu mübarizədə ən başlıca vasitə maarifləndirmək, dinlərin mahiyyətini insanlara olduğu kimi başa salmaqdır".



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
15 07 2018