Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (5-07-2014, 17:20)
Nazirin obyektindən komitə sədri Ramiz Həsənovun işçilərinə rüşvət ittihamı

Xəbər verdiyimiz kimi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Niaqara” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilərkən mənşəyi məlum olmayan, təhlükəsizliyi müvafiq qaydada konservləşdirilmiş xiyar, göyəm, alma, alça, badımcan, gavalı turşusu aşkarlanması, həmçinin "Paytaxt” salatından bağırsaq çöpləri qrupundan olan bakteriyalarlarla bağlı verilən aşıqlamaya sərt cavab gəlib.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən "Niaqara" restoranının adının çəkiləməsini istəməyən əməkdaşı bu məlumatın qərəzli olaraq yayıldığını deyib və bildirib ki, yoxlama zamanı heç bir nöqsan aşkarlanmayıb: "Komitənin əməkdaşları restoran rəhbərliyindən rüşvət istəyiblər. Verilmədiyinə görə restoran haqqında yalan məlumatlar yayıblar. Gəlib bütün yeməklərdən, soyuq qəlyənaltılardan nümunə götürdülər. Sonra cavablarını göndərdilər və bildirdilər ki, heç bir nöqsan aşkarlanmayıb. Həmin sənədlər bizdə durur, hansı ki, salatların tərkibinin standartlara cavab verdiyini komitə təsdiqləyib. Amma sonradan gedib yalan məlumat yayıblar”.  

 Restoranın əməkdaşı bildirib ki, komitə əməkdaşları restoran rəhbərliyindən 3 min manat rüşvət tələb ediblər: "Bu pulu vermədiyimizə görə, "Niaqara" haqqında yalnış məlumat yayıblar. Amma müştərilərimizə demək istyirik ki, buna inanmasınlar”.   Müsahibimiz bildirdi ki, komitənin yaydığı məlumatın restorandakı iş prosesinə heç bir təsiri yoxdur və restoran fəaliyyətini əvvəlki qaydada davam etdirir.

 Bir daha qeyd edək ki, sözügedən istirahət məkanının Müdafiə sənayesi naziri Yavər Camalova məxsus olması haqda mətbuatda təkzib olunmayan çoxsaylı xəbərlər gedib. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024