Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (3-07-2018, 15:30)
Elektrik enerjisinin kəsilməsindən sonra hərbi hissələrdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Elektrik enerjisinin kəsilməsindən sonra hərbi hissələrdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

 

Hərbi infrastukturun tam şəkildə fəaliyyətinin təmin edilməsi məqsədilə Müdafiə Nazirliyinin bütün hərbi hissələri, hərbi tibb müəssisələri, maddi-texniki təminat, rabitə, kəşfiyyat bölmələri, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər hərbi obyektləri xüsusi rejimdə fəaliyyət göstərən ehtiyat enerji mənbələri ilə təchiz edilib. Elektrik enerjisi olmadıqda həmin enerji mənbələri avtomatik rejimdə işə düşür.

Mediatv.az  xəbər verir ki, bunu Müdafiə Nazirliyindən iyulun 3-də Azərbaycanda elektrik enerjisinin verilməsinin müvəqqəti dayandırılması ilə əlaqədar hərbi hissələrdə hər hansı bir problemin olub-olmaması barədə suala cavab olaraq bildirilib.

Nazirlik bəyan edir ki, dünən gecədən elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılan kimi bu enerji mənbələri avtomatik işə düşüb və hazırda Ordumuzun heç bir hərbi hissəsi, xüsusilə də ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur: "Hərbi hissələrdə xidməti-döyüş fəaliyyəti fasiləsiz rejimdə davam etdirilir. Ehtiyac olduğu halda mühüm mülki infrastruktur obyektlərinin (xəstəxanalar, uşaq bağçaları, doğum evləri və s.) də həyat fəaliyyətinin təmin edilməsi üçün tələb olunan enerji ilə təchiz edilməsinə köməklik göstərməyə hazırıq".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024