Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (28-06-2018, 19:00)
Elçin Əhmədov: "Təcavüzkar Ermənistanın və qondarma rejimin Azərbaycan Prezidentinin çıxışlarına reaksiyası gülüncdür"

Elçin Əhmədov: "Təcavüzkar Ermənistanın və qondarma rejimin Azərbaycan Prezidentinin çıxışlarına reaksiyası gülüncdür"

 

 

Təcavüzkar Ermənistanın və işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin hər zaman Azərbaycan Prezidentinin çıxışlarına verdikləri reaksiya gülüncdür.

Mediatv.az  xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Elçin Əhmədov deyib.

Şura sədri qeyd edib ki, onların bu cür reaksiyası özlərini ifşa etməkdən başqa bir şey deyil:

"Azərbaycan Prezidentinin çıxışları həm tarixə, həm hüquqa, həm də ədalətə əsaslanır. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi ilə bağlı keçirilən hərbi paradda də Prezident İlham Əliyevin çıxışı Ermənistanın təcavüzkar siyasətinin ifşa olunmasına yönəlmişdi. Cənab Prezident bildirdi ki, Azərbaycan bu işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və nəyin bahasına olursa-olsun bərpa edəcək. Buna görə də biz ordu quruculuğu işinə böyük önəm veririk və Azərbaycanın işğal altındakı ərazilərini azad etməyə hər zaman hazırıq. Amma təcavüzkar Ermənistan dövlətimizin başçısının çıxışlarından hər zaman qıcıqlanır. Ermənistanın, eləcə də işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimin rəhbərlərinin ayrı-ayrı vaxtlarda verdiyi açıqlamalar olduqca gülüncdür. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, "Dağlıq Qarabağ" adlı qurum mifdir. Burada olan ordunun da mif olması onunla sübut olunur ki, aprel hadisələrində Azərbaycan düşmənin layiqli cavabını verəndə orada ölən ermənilərin içərisində bir nəfər də olsun "Dağlıq Qarabağ vətəndaşı" yox idi. Orada ölənlər Ermənistandan Dağlıq Qarabağa göndərilən hərbi qulluqçular idi".

E.Əhmədov bildirib ki, 1992-ci ilə qədər Dağlıq Qarabağda yaşamış şəxslər indi orada yaşamırlar: "David Babayan kimi Dağlıq Qarabağda yaşamış ermənilərin bir neçəsindən başqa, orada erməni qalmayıb. Hazırda Dağlıq Qarabağda olan ermənilər Ermənistandan, Suriyadan gətirilənlər və digər ölkələrdə imkansız vəziyyətdə yaşayan və şirnikləndirilərək ora göndərilənlərdir".

O vurğulayıb ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağa müstəqillik verməyəcək. Dağlıq Qarabağın statusu yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər:

"Nəinki Dağlıq Qarabağdakı, Ermənistandakı strateji əhəmiyyətli obyektləri də nəzarətə almışıq. David Babayan heç vaxt unutmamalıdır ki, biz gec-tez torpaqlarımızı işğaldan azad edəcəyik. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb".

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024