Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (28-06-2018, 17:00)
"İlahiyyat İnstitutunun yaradılması gənclərin dini təhsil üçün başqa ölkələrə getməsinin qarşısını alacaq"

"İlahiyyat İnstitutunun yaradılması gənclərin dini təhsil üçün başqa ölkələrə getməsinin qarşısını alacaq"

 

İlahiyyat İnstitutunun yaradılması gənclərin dini təhsil üçün başqa ölkələrə getməsinin qarşısını alacaq.

Mediatv.az  Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini təhsil: mövcud vəziyyət və hədəflər" mövzusunda konfransda deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycanda dövlətin himayəsi altında dini təhsil verən bir instituta ehtiyac var idi və Prezident İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutu yaradıldı:

"Azərbaycanda pulsuz dini təhsilin olmaması gənclərimizin xarici ölkələrə getməsinə rəvac verirdi. Digər tərəfdən, qanunvericiliyə əsasən, Azərbaycanda məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır. İlahiyyat İnstitutunun yaradılması gənclərimizin hər hansı bir ölkəyə dini təhsil almağa getməsinin qarşısını alacaq".

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Müzəffər Talıblı bildirib ki, Azərbaycan din sahəsində uğurlu siyasət həyata keçirir:

"Azərbaycan dünyada tolerantlıq mərkəzi kimi tanınır. Bu gün Azərbaycandan dünyaya dini tolerantlıqla bağlı ciddi mesajlar verilir və bu mesajlar hörmətlə qarşılanır. Azərbaycanda gəncləri başqa dini cərəyanlara cəlb etmək istəyən qüvvələr var. Bu baxımdan dini təhsil mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə İlahiyyat İnstitutunun üzərinə mühüm vəzifələr düşür".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024