Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-06-2018, 09:30)
Şamaxıya sel gəldi, kəndlə əlaqə kəsildi

Şamaxıya sel gəldi, kəndlə əlaqə kəsildi

Dağlardan axıb gələn sel suları Şamaxının daha bir kəndində torpaq sürüşməsinə səbəb olub. Nəticədə Zaratxeybəri kəndinin avtomobil körpüsü uçub, 300-ə yaxın sakinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Mediatv.az Xezerxeber-ə istinadən xəbər verir ki, kəndin ərazisindən keçən Pirsaat çayı öz məcrasından çıxaraq avtomobil yolunu yuyub, kənd sakinlərinə məxsus bostanlar suyun altında qalıb. 

Avtomobil yolunda isə torpaq sürüşmələri baş verib. Rayon mərkəzindən 39 kilometr uzaqlıqda yerləşən Zaratxeybəriyə gediş-gəliş tamamilə məhdudlaşıb.

Rayona getmək istəyən kənd sakinlərinə məxsus avtomobillər bataraq yolda qalıb. Avtomobilin içində olan sərnişinlər 9 kilometr yolu piyada getmək məcburiyyətində qalıblar. Sürüşmə nəticəsində kəndin girişində olan avtomobil körpüsü də uçub, körpünün su ötrücü boruları qırılıb. Hər iki tərəfdən kəndin yolu bağlanıb.

Məsələ ilə bağlı rayon icra hakimiyyətinə məlumat verilib. Artıq uçan körpünün bərpa edilməsinə başlanılıb.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024