Bəzi çaylarda yenidən daşqın olacaq - Xəbərdarlıq » Mediatv.az informasiya portalı
Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-06-2018, 10:30)
Bəzi çaylarda yenidən daşqın olacaq - Xəbərdarlıq

Bəzi çaylarda yenidən daşqın olacaq - Xəbərdarlıq

 

 

Yaxın günlər ərzində proqnozlaşdırılan leysan yağışlarla əlaqədar yenidən ölkənin bəzi çaylarında daşqın olacağı gözlənilir.

Mediatv.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyevin sözlərinə görə, bu gün də daxil olmaqla, iyunun 13-dək gözlənilən yağışlarla əlaqədar Böyük və Kiçik Qafqazda çaylardan qısamüddətli daşqınların keçəcəyi gözlənilir.

Baş hidroloq qeyd edib ki, daşqınlar, əsasən, iyunun 12-də gün ərzində, iyunun 13-də gecə və səhər olacaq.

A.Verdiyev bildirib ki, hazırda ölkənin çaylarında, o cümlədən Kürdə sabit sululuq müşahidə edilir. Yaxın günlər ərzində Kürdə də suyun səviyyəsinin nisbətən artacağı gözlənilsə də, bu həmin çay üçün təhlülkə yaradan hal olmayacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, rayonlarda iyunun 12-də və iyunun 13-ü gündüzədək qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
20 08 2018
19 08 2018
19 08 2018
19 08 2018