Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-05-2018, 18:45)
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən elmi müsabiqə yekunlaşmaq üzrədir

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən elmi müsabiqə yekunlaşmaq üzrədir

 

AMEA Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə gənc alim, doktorant və disertantlar arasında keçirilən “Ən yaxşı elmi məruzə” müsabiqəsi iştirakçılarının təqdimatları olub.
Gənc tədqiqatçılardan Motor yağlarına aşqar kompozisiyaları laboratoriyasının kiçik elmi işçisi Aidə Yusifova “İşlənmiş motor yağlarının regenerasiya məhsulları əsasında yüksək gücləndirilmiş avtotraktor dizelləri üçün yeni sürtkü kompozisiyaları”, Yanacaqlara aşqarlar laboratoriyasının dissertantı Ulduz Cəfərova “Asetilen sıra qlisid efirlərinin bəzi kimyəvi və bakterisid xassələrinin öyrənilməsi”, Yeni üzvi birləşmələrin, aşqarların və müxtəlif kompozisiyaların fiziki-kimyəvi tədqiqat laboratoriyasının doktorantı Mənsurə Hüseynova “[2-(Aminotioksometilhidrazon)]sirkə turşusunun keçid metalları ilə kompleks birləşmələrinin quruluşu və xassələri, Transmissiya və sənaye yağlarına aşqar və aşqar kompozisiyaları laboratoriyasının dissertantı Günay İsmayılova “Ksantogenat turşularının törəmələrinin sintezi, tədqiqi və siyrilməyə, yeyilməyə qarşı aşqar kimi”, Motor yağlarına çoxfunksiyalı aşqarlar laboratoriyasının kiçik elmi işçisi Xədicə Məmmədyarova “Heteroatom saxlayan alkilfenolyat aşqarı modifikasiyası” və Yanacaqlara aşqarlar laboratoriyasının əməkdaşı Lalə Mahmudova “Biodizel və ənənəvi dizel yanacağı əsasında yanacaq kompozisiyasının işlənib hazırlanması və istismar xassələrinin tədqiqi” mövzularında məruzələrini təqdim edib, sualları cavablandırıblar. Bir-birindən maraqlı məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, müsabiqənin şərtlərinə uyğun olaraq namizədlərin elmi-tədqiqat mövzularına uyğun hazırladıqları məruzələr Ekspert Komissiyası tərəfindən qiymətləndirilib. “Ən yaxşı məruzə” müsabiqəsinin nəticələri 30 may 2018-ci il tarixində elan olunacaq. Qaliblərə diplom və pul mükafatları təqdim olunacaq. Həmçinin həmin tədbirdə elmi nailiyyətlərinə görə İnstitutun bir gənci "Gənclər üçün akademik Əli Quliyev" diplomu ilə təltif ediləcək.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024