Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-05-2018, 14:04)
Nərimanov rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib

Nərimanov rayonunda ərazi mülki müdafiə qüvvələri ilə  xəbərdarlıq və toplanış məşqi keçirilib

 

Nərimanov rayonunun 2018-ci il üçün Mülki müdafiə tədbirlər planına müvafiq olaraq, 25 may 2018-ci il tarixdə rayonun ərazi mülki müdafiə qüvvələri ilə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilmişdir. Məşqin keçirilməsində məqsəd xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması və mülki müdafiə qüvvələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanması olmuşdur.

Məşqə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə müvafiq idarə və təşkilatlarda yaradılmış ərazi mülki müdafiə qüvvələri, qaz-qəza texniki qrupu, Enerji-qəza texniki qrupu, Su-qəza texniki qrupu, Rabitə qəza-bərpa dəstəsi, rayon səhiyyə şöbəsinin həkim və təcili yardım maşınları, Rayon Polis İdarəsinin şəxsi heyəti və maşınları, GEM-in epidomoloji kəşfiyyat qrupu, ərazi xilasetmə dəstəsi və ərazi kəşfiyyat dəstələrinin şəxsi heyəti və texnikalar cəlb olunmuşdur.

Məşq 25 may 2018-ci il tarixdə saat 10.00-da “Baku Steel Company” MMC-nin ərazisində məşq rəhbərinin mülki müdafiə qüvvələrinin toplanması barədə göstərişi ilə başlanmış, qüvvələrin şəxsi heyəti müəssisənin ərazisində təyin olunmuş yerə toplanmışlar. MM qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi, tabel əmlakı ilə təchizatı, tədris prosesində öyrəndikləri nəzəri bilikləri və funksional vəzifələrin əməli işdə həyata keçirilməsi yoxlanılmışdır.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Toğrul Əliyev və həmin şöbənin baş məsləhətçisi Eldəniz Əbdülov qeyd etmişdir ki, Nərimanov rayonunun ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqinin keçirilməsində əsas məqsəd fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində normativ sənədlərin tələblərinə əməl olunmasının, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, fövqəladə hadisələr təhlükəsi yaranan və ya baş verən zaman mülki müdafiə qüvvələrinin xəbərdarlığı və toplanışı üzrə hazırlığının yoxlanılmasıdır.

Tədbirin keçirilməsinə nəzarət olunması və metodiki köməklik göstərilməsi Nərimanov rayon FH və MM şöbəsi rəisinin vəzifələrinin icraçısı kapitan Rafael Məhərrəmov, həmin şöbənin baş köməkçiləri baş leytenant Ümüd Kərimov və baş leytenant Kənan Ağayev tərəfindən həyata keçirilmişdir.

Ərazi mülki müdafiə qüvvələri ilə keçirilmiş xəbərdarlıq və toplanış məşqinin yekunu məşq rəhbəri tərəfindən təhlil edildi və qoyulmuş məqsədlərə nail olundu.

Saat 12.00-da məşq başa çatdı.

 

Nərimanov rayonunda ərazi mülki müdafiə qüvvələri ilə  xəbərdarlıq və toplanış məşqi keçirilib
Nərimanov rayonunda ərazi mülki müdafiə qüvvələri ilə  xəbərdarlıq və toplanış məşqi keçirilib
Nərimanov rayonunda ərazi mülki müdafiə qüvvələri ilə  xəbərdarlıq və toplanış məşqi keçirilib
Nərimanov rayonunda ərazi mülki müdafiə qüvvələri ilə  xəbərdarlıq və toplanış məşqi keçirilib

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024