Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-05-2018, 23:47)
Kənd Təsərrüfatı Nazirliyindəki korrupsiyanın kilid ismi - İlham Bayramov niyə vazkeçilməzdir?

İman Kərimovun hələ də Kənd Təsərrüfatı Nazirliyində korrupsiyanın başında duran şəxsi vəzifədə saxlaması bir çoxları üçün qaranlıqdır


Uzun illər boyu Kənd Təsərrüaftı Nazirliyində korrupsiyaya bir başa rəhbərlik edən şəxs Nazirliyin Aparat rəhbəri İlham Bayramov rəhbərlik edib. 

Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, kənd təssərrütatının inkişafına ayrılan külli miqdarda dövlət vəsaitinin yönləndirilərək mənimsənilməsinə rəhbərlik edən, həmçinin əkinə yararsız sahələrin əkinə yararlı kimi göstərilərək ayrılan subsidiyaların mərkəzləşdirilmiş şəkildə mənimsənilməsinə yol verən şəxs İlham Bayramov olub. 

Daxil olan məlumatda bildirilir ki, son 10 ildə Kənd Təsərrüfatı Nazirliyində mənimsənilən vəsaitlər o qədər böyük olub ki, bütün bunların araşdırılması çox böyük qalmaqalla müşahidə oluna bilər. Bütün bu prossesləri, yəni kənd təsərrüfatı nazirliyindəki böyük korrupsiyanı idarə edən şəxs olaraq ölkənin aqrar sektorunu iflic halına salınmasında keçmiş nazirlərin müstəsna rolları olduğu ki, Nazirliyin Aparat rəhbəri İlham Bayramovun da xüsusi rolu danılmazdır. 

Qeyd edək ki, uzun illər boyu ölkə prezxidenti İlham Əliyev qeyri neft sektorunun inkişafı çərçivəsində kənd təsərrüfatına xüsusi önəm verir. Lakin buna baxmayaraq kənd təsərrüfatı sahəsi iflic vəziyytədədir. Hazırda bu sahənin inkişafını təmin etmək üçün kompleks tədbirlər həyata keçirilməli, külli miqdarda vəsait kənd təsərrüfatına sərmayə olaraq qoyulmalıdır. Halbuki bu günə qədər kənd təsərrüfatına dövlət tərəfindən lazım olduğundan artıq sərmayə qoyulub. Lakin bu sərmayə özünü doğrultmayıb, daha doğrusu ayrılan vəsaitlər bir qrup vəzifəli şəxs tərəfindən mənimsənilib. Hazırda kənd təsərrüfatı ölkənin ən problemli sahəsi hesab olunur. Yəni faktiki olaraq korrupsiya ölkənin kənd təsərrüfatını iflic etdiyi kimi, dövlətə də külli miqdarda, milyardlarla manat ziyan vurulub. 

AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, kənd təsərrüfatındakı vəziyyəti analiz etmək üçün ölkəmizə dəvət olunan İsrailli mütəxəssislərin gəldiyi yekun nəticə ondan ibarətdir ki. hazırda düzgün idarəciliyin olmaması ucbatından və sahəyə sərmayələrin qoyulmaması ucbatından Azərbaycanın kənd təsərrüfatı sistemi demək olar ki, iflas edib və əkinə yararlı torpaqların əksəriyyəti şoranlaşıb. İsrailli mütəxəssislər hesab ediblər ki, bu durumda kənd təsərrüfatı sahəsinə çox böyük miqdarda sərmayələrin yatırılması lazımdır. Lakin problem ondan ibarətdir ki, kənd təsərrüfatına ayrılacaq sərmayələr yenidən mənimsənilməyəcəkmi?

Yeni nazir İman Kərimovun sələfi Heydər Əsədovdan aldığı miras doğurdan da problemlərdən ibarətdir və Azərbaycanda yegənə korrupsuyasız qurum olaraq tanınan ASAN Xidmətin rəhbərinin Kənd Təsərrüfatı naziri vəzifəsinə gətirilməsi ondan xəbər verir ki, prezident bu sahədə korrupsiyaya son verməkdə qərarlıdır. Lakin İman Kərimovun hələ də Kənd Təsərrüfatı Nazirliyində korrupsiyanın başında duran şəxsi vəzifədə saxlaması bir çoxları üçün qaranlıqdır. Onu da qeyd edək ki, İlham Bayramov Nazirlikdə bir çox kadr və mütəxəssislərin xaç atası da hesab olunur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024