Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-05-2018, 16:30)
Deputat: Abituriyentlərin intiharına görə mətbuat günahkardır

Deputat: Abituriyentlərin intiharına görə mətbuat günahkardır

 

Ailələrin dağılması ciddi problemə çevrilib.

Mediatv.az məlumat verir ki, bunu Milli Məclisdə (MM) “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən ictimai müzakirələrdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, bunun səbəblərindən biri də valideynlərin ailəyə müdaxiləsidir: 

“Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var. Deyirlər, yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil”.

Onun qeyd etdiyinə görə, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var:

“Bir çox hallarda telekanallara ailədən xəbəri olmayanları çıxarırlar, təbliğ edirlər. Mən şou-biznes əhlini nəzərdə tutmuram, çünki onların öz dünyası, öz yaşam tərzi var, amma bəzən elələrini efirə çıxarırlar ki, onun “ailə nədir” anlayışı belə yoxdur.

Və yaxud, bir neçə gün bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi.

Keçmişdə belə halları təbliğ etmirdilər, gizlədirdilər. İndi isə bunları yayırlar, təbliğ edirlər və nəticədə, bu cür ağrılı hallar yaşanır”.

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024