Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-05-2018, 19:00)
Prokuror 14 il cəza istədi, hakim məhkəmədən azad etdi

Prokuror 14 il cəza istədi, hakim məhkəmədən azad etdi

 

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azər Mühafizə" MMC özəl mühafizə şirkətinin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Mediatv.az  lent.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib və N.Məhərrəmova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, prokuror çıxışında N.Məhərrəmovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, 2015-ci il Daxili İşlər Nazirliyi (DİN) iş adı altında vətəndaşları aldadan sahibkar haqqında məlumat yayıb. Məlumata görə, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

Aparılan araşdırmalarla müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb. Daha sonra həmin şəxslər həbs ediliblər.

Ümumilikdə iş üzrə 38 nəfər təqsirləndirilən şəxs və 5200 nəfər isə zərərçəkmiş var.

Bakı Ağır Cinayətlər Məhkəməsi "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru V.Hüseynov və daha 37 nəfərə hökm oxuyub.

Xatırladaq ki, N.Məhərrəmov da eyni əmələ görə təqsirli bilinir. O, 38 nəfər şəxs həbs edilərkən istintaqdan yayınıb. N.Məhərrəmovun barəsində axtarış elan olunub. Daha sonra həbs edilib və işi ayrıca icraata verilib.

İttiham aktına əsasən, o, vətəndaşları işə düzəltmək adı altında aldadaraq, onların 180 min 615 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024