Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (7-05-2018, 16:00)
Çingiz Mustafayevin ailəsindən müraciət

Çingiz Mustafayevin ailəsindən müraciət

 

 

 

“ANS”in prezidenti Vahid Mustafayev ailəsi adından sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlayıb.

Mediatv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, V.Mustafayev ailəsinin sosial şəbəkələrdə profillərə Milli Qəhrəman Çingiz Mustafayevin şəklinin qoyulmasını istəmədiyini bildirib:

“Bu, Azərbaycanın Mərhum Milli Qəhrəmanı – Çingiz Mustafayevin əziz xatirəsinə, onun ölməz ruhuna və ailə üzvlərinin hisslərinə ağır təsir edir.

Axı bu şəklin arxasındakı istifadəçi Qəhrəmanımız Çingiz deyil, axı onun şəklini istifadə edən bir adam və ya bir qrup hazırlanmış təxribatçının yazdığı Çingizin demək istədiyi deyil. Axı olmaz belə… Azərbaycanda elə ailə yoxdur ki, Şəhid verməsin və ümidvaram ki, ailəmizin bu ağrısını bizimlə bölüşürlər.

Çingiz Mustafayev Azərbaycanın Müstəqilliyi və Torpaqlarımızın azad olunması uğrunda ən şirin olan həyatını verib! O, artıq öz sözünü deyib və gedib. Unutmayın ki, bu gün onun Şəkli altında fəaliyyət göstərən istifadəçilərin dostları da var, düşmənləri də - onların qarşısında Sizin simanız durmalıdır, Çingizin yox! Onlar tərəfindən məhz Siz sevilməlisiniz və ya söyülməlisiniz, Çingiz yox!”.

V.Mustafayev bunun Çingizin adından istifadə edərək bəsit “like” yığmaq kampaniyası olduğunu qeyd edib: 

“Anlaşılan haldır ki, Çingizin adı və Siması ilə adi istifadəçilər özlərinə çoxlu layklar yığa bilərlər, amma həyatını Xalqına, Vətəninə qurban verənlərin gül camalını özlərinin müqayisəolunmaz səviyyədə kiçik maraqlarına görə istismar etmək nə qədər düzgündür? 
Çingiz Azərbaycan uğrunda Şəhid olub, amma sosial şəbəkələr elə qurulub ki, bu gün onun Azərbaycan üçün etdiklərinə görə "zərərçəkənlər", onu hətta həlak olandan sonra qısqananlar belə Çingizin şəkli altında uğrunda canını qurban verdiyi Vətənimizə qarşı su bulandırırlar. Çingizsevərlər və əsl Azərbaycanlılar Qəhrəmanımızın təsvirini şəxsi profillərində öz şəkilləri ilə əvəzləsələr, hər kəsin əsl üzünü görmək rahat olar.

Eyni fikirləri həm də ANS loqosuna aid etmək istəyirəm. Mən, Azərbaycan Milli Qəhrəmanı Çingiz Mustafayevin və ANS Yayım və Media Şirkətini yaradan adi Azərbaycan ailəsi adından Çingiz və ANSsevərlərin hamısından artıq dərəcədə xahiş edirəm ki, Çingizi və ANS-i sosial-kommersiya şəbəkələrinin rəflərindən çıxarıb Ürəklərinə qaytarsınlar - daha ürəkli olmaq üçün, ritmi düz tutmaq üçün!!!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin və Azərbaycanımızı qorusun!

Hörmətlə,

Fuad Seyfulla oğlu Mustafayev

Seyfulla Fuad oğlu Mustafayev

Vahid Fuad oğlu Mustafayev

Fuad Çingiz oğlu Mustafayev”.

 


 

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024