Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Təhsil (4-04-2018, 13:11)
Akademik Vaqif Fərzəliyev: “Belaruslu həmkarlarımızla bioloji aktiv əlavələr və dərmanların yaradılması istiqamətində tədqiqatlar aparacağıq”

Akademik Vaqif Fərzəliyev: “Belaruslu həmkarlarımızla bioloji aktiv əlavələr və dərmanların yaradılması istiqamətində tədqiqatlar aparacağıq”

 

AMEA Aşqarlar Kimyası İnstitutu Belarus Milli Elmlər Akademiyası Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutu ilə əməkdaşlıq edəcək.
AMEA-nın Belarus Respublikası Dövlət Elm və Texnologiya Komitəsi ilə birgə elan etdiyi müştərək layihə müsabiqələrinin nəticələri açıqlanıb. Qalib layihələrdən biri “Bioloji fəal maddələrin sintezi, kimyəvi modifikasiyası və onların əsasında bioloji aktiv əlavələr və dərmanların yaradılması” adlı layihədir. 2018-2020-ci illər üçün nəzərdə tutulmuş bu layihəyə Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və BMEA Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutunun laboratoriya rəhbəri, biologiya elmlər doktoru, dosent Liliya Nadolnik İvanovna rəhbərlik edirlər.
Akademik V.Fərzəliyev sözügedən layihə haqqında məlumat verərək bildirib ki, son illər heterotsiklik birləşmələr kimyası sahəsində mühüm tədqiqatlar aparılır: “Görünür, bu onunla əlaqədardır ki, hazırda bu birləşmələr tibbin, texnikanın, sənayenin və kənd təsərrüfatının müxtəlif sahələrində geniş tətbiq olunmaları ilə əlaqədardır. Dünyada bu sahədə aparılan çoxlu sayda elmi-tədqiqat işlərinə rast gəlmək mümkündür. Ancaq bu tədqiqatlar içərisində müxtəlif katalizatorlar iştirakında funksionaləvəzli triazintionlardan ibarət bioloji fəal maddələrin sintezi, çevrilmələri, onların fərqli və müqayisəli metodlarla bioloji fəallığının ətraflı tədqiqinə ümumiyyətlə rast gəlinmir. Bu səbəbdən tibbdə tətbiq olunması mümkün olan tərkibində azot və kükürd atomları saxlayan yeni bioloji fəal maddələrin sintezi və funksional xassələrinin tədqiqi, onlar əsasında yeni, daha təsirli bioloji fəal əlavələr və dərman preparatların yaradılması əsas elmi ideya olaraq seçilmişdir”.
Akademik vurğulayıb ki, layihə çərçivəsində 2018-2019-cu illər ərzində partnyor seçdiyimiz beynəlxalq təşkilatla yeni bioloji fəal birləşmələrinin sintezi, onların tərkib və quruluşlarının bioloji fəallığa təsirinin öyrənilməsi, onlar əsasında bioloji fəal əlavələrin və dərman preparatlarının yaradılması sahəsində sistemli tədqiqatlar aparılacaq.

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024