Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-03-2018, 13:10)
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" massivi, bina 62, mənzil 7-də yaşayan Qasımova Şölə Qasım qızı 275 nömrəli tam orta məktəbin direktorundan şikayətçidir. Bununla bağlı redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Şölə Qasımova bildirib ki, sözügedən məktəbin direktoru Fəridə Şərifova onu heç bir əsası olmadan işdən çıxarıb. 


Şölə Qasımova bildirib ki, 2007-ci ildən paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini işləyib: “Çalışdığım müddətdə heç bir nöqsanım olmayıb. Ancaq tərifnamələr və fəxri diplomlarım olub. 29 il iş stajım var. Yeni Azərbaycan Partiyasının fəal üzvüyəm. Suraxanı rayonun 2-ci seçki dairəsinin 14 saylı məntəqəsinin sədri olmuşam. Məktəbimizin əvvəlki direktorunu rüşvətxorluğa görə işdən çıxarıblar. 8 ay məktəbi direktor müavini Ayişə Məmmədova idarə etdi. Bu 8 ayda Ayişə Məmmədova mənimlə çox prinsiplər apardı. Mənə qarşı müxtəlif oyunlar qurdu. Nəzərə çatdırım ki, Ayişə Məmmədovanın 4 töhməti var. Köhnə direktorlar çıxanda onun müavinləri də çıxarıldı. Amma Ayişə Məmmədova saxlanıldı. Bunun səbəbi isə onun yoldaşı Bakı Təhsil İdarəsində işləməyi oldu. Bununla da həmişə o öyünüb. Ayişə Məmmədova o zamanlar məni çox incitdi. Bununla bağlı mən keçmiş Təhsil naziri Mikayıl Cabbarova müraciət göndərdim. Bu müraciətimə görə Bakı Təhsil İdarəsinə çağrıldım. Həmin idarədə baş verənləri olduğu kimi danışdım. Mənə çatan məlumata görə mənim şikayətimə görə ona töhmət də verilib. Digər töhmətlər məktəbdən gedən şikayətlər və nöqsanlara görə olub. Sonuncu dəfə köhnə direktora və iki müavininə şiddətli töhmət gəlib. Direktorla müavini çıxan zaman bunun həyat yoldaşı onun yalandan xəstəxanaya yatızdırdı. Guya gözündən əməliyyat olunub. Bu yolla Ayişə Məmmədovanı işdən çıxma təhlükəsindən qurtardı. Direktor çıxandan sonra həyat yoldaşı bunu bərpa etdi və 8 ay direktor müavinini əvəz etdi. Bu müddət ərzində mənə çox əzab verdi. Təzə direktor Şərifova Fəridə təyin edilən zaman məni idarəyə çağırdılar. O, sentyabrın 27-si təyin edilib. Bu ərəfədə məni idarəyə çağırıb Ayişə Məmmədovanı bağışlamağımla bağlı ərizə aldılar. 

Bildirildi ki, təzə direktor gəlib. O da müavindi sən də. Bir yerdə işləyəcəksiniz. Mən bu barışı qəbul elədim. Tək qadın olaraq 3 uşağımı böyüdürəm. Halal maaşımla xəstə uşaq saxlayıram. Oğlum anadan gəlmə ürək qüsurlu olub. Oğlumun əməliyyatını birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva etdirib. 14 minə yaxın uşağımın müalicəsinə pul ayırılmışdı. Mənə təsir edən odur ki, bütün bunlara baxmayaraq məni bu qədər incidib. Mənə belə bir xəbər çatdırıldı ki, mənim şikayətimə görə onun yoldaşına da özünə də töhmət verilib. Mən bu şikayətimi bağladıqdan sonra mənim qara günlərim başladı. Təzə direktor da başladı mənim başıma oyunlar açmağa. 1 həftə yeni direktor mənimlə yaxşı münasibət saxladı. 1 həftədən sonra məni otağına çağırıb məndən rüşvət islədi. Bildirdi ki, o bu vəzifəyə elə belə gəlməyib. Arxasında hüquq-mühafizə orqanlarının işçisi dayanıb. Lazım adamları da görə-görə gəlmişəm. Məni görüm-baxım elə. Məndə vəziyyətim haqqında məlumat verdim, söylədiyinizə imkanım yoxdur, mən bu məktəbdə halal maaşa işləyirəm dedim. Bu qayda ay yarım belə davam elədi. Təzə gələn zaman məni başqa işçilərin yanında tərifləyib. Amma bu söhbətdən sonra mənimlə prinsib aparmağa başladı. Mən onun münasibəti gördükdən sonra iki dəfə otağına danışmağa getmişəm. Bildirdim ki, mənimlə adamla danışmayın. Mən sizə özümü işimlə, əməyimlə sübut edəcəm. Əl-ələ verək işləyək. Əgər məndən razı olmasa mənə desin, mən xoşluğumla çıxaram. Həm də bildirdim ki, kimsə bizim aramızı vurmaq istəyir. Bizim aramızı vurmaq istəyən həmin Ayişə Məmmədova və Şahab İsayevdir. Şahab İsayev məktəbdə həmkarlar birliyinin sədridir. Onlar qəbul edə bilmədiyi hamı çıxarılsa da mən öz işimdə qalmağımdır. Bununla bağlı hətta dəfələrlə Təhsil İdarəsində çalışan Ramal müəllimdən də mənim işdə saxlanma səbəbimi soruşub. O da cavab olaraq bildirib ki, nöqsansız insanı niyə biz işdən çıxaraq? Şahab İsayev dəfələrlə deyib ki, Ayişə ona bildirib ki, mən Şöləni işdən çıxartdıraram. Amma sən imkan vermirsən. Həmkar kimi bu işlərə qol qoysan çıxartdıraram. 9 ildə mən bu məktəbdə bütün oyunları və çirkinlikləri görmüşəm. İstədikləri insanlara oyun qurublar. Hətta əmək kitabcasını belə cırıblar”. 

Şikayətçi bildirib ki, direktor noyarın 16-da iclas edib. “İclasın sonunda başladı məni ləkələməyə. Guya bütün texniki işçilər məndən narazıdır. Mən onlara guya demişəm ki, ikinci mərtəbəni ayaqyolusna kim dili ilə yalayacaqlar. Mən də bildirdim ki, mən bu deyillənlərlə razı deyiləm, iclasdan sonra ərizəni mənə göstərin. Məcburi ərizəni çıxartdırdım. Ərizədə 4 xadimənin şikayəti yazılmışdı. Guya mən onlarla kobud davranıram. Bu 4 nəfərin biri öz yerlisidir, o biri 24 sinifi pulla təmizləyir, o birisi də bir iş görmür. Fəridə görəndə ki, məni heç cür ləkələyib çıxarda bilmir. Xadimələrdən istifadə etməyə başladı. Onlara deyib ki, mənə dəstək olun. Lazımi yerləri görüb gəlmişəm. 2 il məni heç kim işdən çıxara bilməz. 

Bizim məktəb əvvəl 6 günlük idi. Sonrada 5 günlük oldu. Əvvəl mənə deyirdi 6-cı gün gəlmə. Niyə də gəlməlisən. Bütün açarlarımı əlimdən aldı. Fəridə Şərifova məni aldadaraq məlum iclasdan bir gün sonra məktəbə çağırdı. Kabinetinə daxil olanda direktorun yanında tanımadığım iki kişi vardı. Onlar məndən sənədləri tələb etdi. Həmin adamların kimliyini soruşanda, həmin kişilərdən biri mənə bildirdi ki, sizin üçün nə fərqi var kimik. Mən isə etiraz edərək sənədlərini göstərməklərini tələb etdim. Direktor səsini yüksəldərək, "sənə nə var kimdirlər, belə qohumumdur, qardaşımdır" dedi. Mən bununla bağlı 33 nömrəli polis bölməsinə müraciət etdim. İş araşdıldı. Tərkibində cinayyət əməli olduğuna görə mənim işim Suraxanı Rayon Baş Polis idarəsinə göndərildi. Rəisin qəbulunda oldum. Hətta rəis belə direktorun haqsız olduğunu söylədi. Rəisin işin araşdırılmasını tələb etdi. Mən həmin iki nəfərin maşınlarının nömrəsini götürmüşdüm. Həmin maşın nömrələrini də rəisə təqdim etdim. Araşdırmalardan sonra bəlli oldu ki, guya həmin oğlanlardan biri "Azərişıq" Açıq Səhimdar Cəmiyyətində rəis işləyir. Digəri isə onun dostudur. Direktor onları guya çağırıb ki, mənim sənədlərimi komputerə yığsınlar”. 

Şölə Qasımova vurğulayıb ki, Fəridə Şərifova qərəzli şəkildə müxətlif bəhanələr gətirməklə mənə 2 dəfə töhmət verib: “Sonra isə təzyiqlər göstərərək işdən çıxmağım barədə ərizə yazmağımı tələb etdi. Bu barədə aidiyyəti qurumlara, o cümlədən cənab prezident İlham Əliyevə onlayn müraciət göndərdim. Müraciətimə müsbət cavab gəlsə də, direktor Fəridə Şərifova qanunsuz olaraq məni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad etdi. İşdən çıxarılmamla bağlı məlumatı məktəbin bütün divarlarına yapışdırdı. Seçki haqqında qanununda da yazılıb ki, seçkidə iştirak edən katib, üzv və hər bir şəxs işdən azad edilə bilməz. Bundan əlavə onlar hədə dolu təkidlərlə məni 2011-ci ildən sədri olduğum seçki məntəqəsindən də işdən kənarlaşdırdı. İşdən kənarlaşma səbəbi də yoldaşımın vahabi olmasıdır. Amma 16-17 ildir ki, övladlarımı tək başına böyüdürəm. 2006-cı ildə onunla rəsmi boşanmışam. Həyat yoldaşımın tutduğu yolu qəbul etmədiyimə görə ayrılmışam. 2016-cı ildə məhkəmə mənə ölüm kağızını verib. Deməli Fəridə Şərifova da Prezident Aparatına və MSK-ya yoldaşımın vəhabi olması ilə bağlı müraciət göndəriblər. Müraciətdə bildiriblər ki, guya mənim yoldaşım ölməyib. Onunla əlaqəm var. Seçkini boykot edəcəm. Məndə bütün sənədlərimi onlara göstərdim. Amma yenədə bu işimdən çıxarıldım. Nə oldu bu qədər seçkini yola verdim, indi boykot edəcəm?! Fəridə Şərifova məni hər iki işimdən etdi. 

Bundan əlavə Şölə Qasımova bildirib ki, direktorun arxasında dayanan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, onun bu qanunsuzluqlarına dəstək verən məktəbin həmkarlar ittifaqı təşkilatının sədri Şahab İsayev və təlim-tərbiyə işləri üzrə direktor müavini Ayişə Məmmədovadır. Ümumiyyətlə, son illər 275 nömrəli tam orta məktəbdə təhsil adına yaraşmayan işlər cərəyan edir. Məktəbdə baş alıb gedən rüşvətxorluğa görə keçmiş direktor Elmira İsmayılova işdən çıxarılsa da, yeni direktor təyinatı heç nəyi dəyişmədi. Əksinə, direktor qanunsuzluqların sayını daha da artırmağa başladı. Bu barədə aidiyyəti qurumları xəbərdar etsəm də, direktor barədə heç bir tədbir görülmür. Hazırda məhkəməyə müraciət etmişəm. Ümid edirəm ki, məhkəmə mənim hüquqlarımı təmin edəcək. 

Şikayətlə bağlı 275 nömrəli tam orta məktəbin rəhbərliyinin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfi də dinləməyə hazırıq. \\big.az\\
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU
275 saylı məktəbdə DİREKTOR ÖZBAŞINALIĞI? - Müavin mətbuata ÜZ TUTDU

 



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018
23 04 2018