Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-03-2018, 19:00)
"Elə ki, gördünüz Əli Kərimlinin oğlu eyş-işrət məclislərinə son verib və..."

"Elə ki, gördünüz Əli Kərimlinin oğlu eyş-işrət məclislərinə son verib və..."

 

Mediatv.az  SİA-ya istinadən Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin müsahibəsini təqdim edir.

- Elşən müəllim, gözlənildiyi kimi, müxalifətin keçirdiyi mitinq çox uğursuzluqla başa çatdı. Sizcə, bundan sonra həmin qurumlar yenə hansısa aksiya keçirmək iddiasına düşəcəklərmi?

- Mən sizə tam səmimi bir şey deyim: aktiv siyasi vəziyyətdir, seçkilərin keçirilməsinə 1 ay zaman qalıb, üstəlik, riyakar və radikal müxalifət sosial şəbəkələr üzərindən milyonlarla insana müraciət ünvanlamışdı. Ona görə də, sırf bu kontekstdə düşünürdüm ki, mitinqləri, ən azından, əvvəlkilərdən daha betər olmaz, yəni heç olmasa, 2-3 min adam meydana yığışar. Amma o da baş vermədi. Budəfəki konkret brifinq idi. Özü də biabırçı brifinq. El dili ilə desək, heç mayalarını da çıxarmadılar. Belə məqamda isə, nəinki növbəti mitinq təyin etmək, utanıb yerə girmək lazımdır.

- Uğursuz mitinqdən sonra sosial şəbəkələrə çıxan müxalifətin söyüş qrupu mitinqə qatılmadığına görə, insanın şərəf və ləyaqətini təhqir edən statuslar paylaşırlar. Bu mənəviyyatsızlıq və əxlaqsızlıq nədən qaynaqlanır?

- Söyüş onların ruhudur. Baxın sifətlərinə, baxın gözlərinin, ağızlarının mimikasına, baxın söz ifadə etmə tərzlərinə. Görün hansı hala, duruma, rəzil vəziyyətə qalıblar. Bu, psixoz həddidir. Gədə çıxıb Freyd nəzəriyyəsindən, Şekspirdən, beynəlxalq konvensiyaların müddəalarından, hüququn prinsiplərindən və dövlətçiliyin atributlarından danışası deyil ki?.. Təbii ki, onlar bu tərzi seçəcəklər. Çünki onlara yaraşan elə gədəlikdir və əslində, bu minvalla özlərini "tapırlar". Onlar söyüş söyərkən, təhqir edərkən, öz qəliblərində olur, sevinir və rahatlanırlar. Mitinqə qatılmayanları təhqir etmək bütün milləti və 10 milyonluq xalqı təhqir etməkdir. Çünki faktiki olaraq, mitinqə kimsə getməyib. Gülçatay deyirdi, ən azı, 30 min gözləyirəm. Sonradan məlum oldu ki, bu riyakarın əlində olan obyektlərin sayı mitinqə gələnlərin sayından daha çoxdur. Utanıb-qızarmırlar, danışanda ağızlarına çullu dovşan sığmır. Pafosun biri bir qəpik. Adındakı hərflərin sayı üzvlərinin sayından çox olan partiyaların keçirdiyi mitinq, zatən belə də olmalı idi. Amma günahı özlərində axtarsınlar. Xalq belə riyakarlara dəstək vermirsə, demək, nəsə bilib, düşünüb vermir həmin dəstəyi. Bu haqda düşünmək əvəzinə, camaatı söyməsinlər.

- Müxalifətin mitinq taktikasının iflasa uğraması həm də partiyaların, ümumilikdə isə, Ə.Kərimlinin, A.Haclının və C.Həsənlinin iflası demək olar?

- Onlar nəinki iflasa uğrayıb, hətta çoxdan tarixin arxivinə gömülüblər. Canlı meyitlərdir hamısı. 3-ü, 7-si, 40, 52-si də çıxıb. Sadəcə, xəbərləri yoxdu. Belələri Azərbaycan siyasətində ruh effektindən savayı heç nəyə yaramırlar. Bitiblər, tükəniblər, bir yazıda deyildiyi kimi, "çürümüş saqqızdırlar". Getməlidirlər artıq. Siyasətdən, birmənalı şəkildə getməlidirlər. Müxalifət kəsim belə radikal, anti-dövlətçi, rəzil ünsürlərdən təmizlənməlidir. Xaricə danos ötürən, ordan maliyyələşən və sapı özümüzdən olan baltaların fəaliyyəti isə araşdırılmalıdır. Öz də gec olmadan.

- Uğursuzluq baş verdikdən sonra xaricdəki maraqlı dairələrin müxalifətə hər hansı bir dəstək, maddi və mənəvi yardım görsətə biləcəyi inandırıcıdırmı?

- İnandırıcı deyil. Amma bunu dəqiqləşdirməyin sadə yolu var. Elə ki, gördünüz Əli Kərimlinin oğlu eyş-işrət məclislərinə son verib və daha sosial şəbəkələrdə şəkil-filan paylaşmır, bilin ki, pul kəsilib.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024