Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-02-2018, 14:14)
İnkişafın Xaçmaz nümunəsi

İnkişafın Xaçmaz nümunəsi

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı cənab Şəmsəddin Xanbabayevin apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.Regionlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatının  inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildikdən sonra rayon rəhbərliyinin bu sahəyə ayırdığı diqqət daha da artmışdır.Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür.Verilən məlimatlara əsasən cənab Şəmsəddin Xanbabayevin rəhbərlik etdiyi Xaçmaz rayonunda  2014-2018-ci illər ərzində sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramı çərçivəsində Xaçmaz rayonunda ötən 2017-ci il ərzində görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilib və uğurlar hər bir sahədə əldə olunub. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır.2017-ci ildə rayonda tikinti, quruculuq və abadlıq işləri geniş vüsət almış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlər keçirilmişdir. Xaçmaz rayonunda  2018-cı ildə bütün sahələr üzrə artım daha da yüksək olacağı, bütün sosial proqramlar və infrastruktur layihələrin icrası davam etdiriləcəyi.  sosial-iqtisadi sahələrdə qazanılacağı nəzərdə tutulub.2017-ci ildə Xaçmaz rayonunda ümumdaxili məhsulun həcmi 502 milyon manat,  sənaye məhsulunun həcmi 48,8 milyon manat, kənd təsərrüfatı məhsulnun ümumi həcmi 227,1 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 99 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 445 milyon manat, təşkil etmişdir. 

Maliyyə göstəriciləri yaxşılaşır

 Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Nizami Həsənovun rəhbərlik etdiyi Xaçmaz rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi ötən 2017-ci ildə vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, maliyyə qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər

Rayonun turizm imkanların daima yüksəldilməsi hədəfə alınıb

Xaçmaz qədim yaşayış məntəqələrinin aşkarlandığı məskən kimi həm də qədim mədəniyyətin izlərini qorumaqdadır. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid çoxlu eksponat vardır.Təcrübəli mütəxəssis Nazim Ağayevin rəhbərlik etdiyi Xaçmaz Regional Mədəniyyət vəTurizm İdarəsi  mədəniyyət müəssisələrinin göstərdikləri xidmətin səviyyəsinin yaxşılaşması üçün bütün potensial imkanlardan istifadə edir.Respublikanın bütün regionlarında olduğu kimi Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinə aid olan Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında ötən 2017-ci ildə mütamadi olaraq Azərbaycanda istehsal olunmuş bədii,sənədli və cizgi filmlərinin ödənişsiz nümayişi həyata keçirilmişdir. Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində pullu xidmətlərin yaradılması və icra vəziyyəti daima diqqətdə saxlanılmışdır.Rayonlararası mədəni mübadilənin aparılması, təcrübələrin bölüşdürülməsi və mədəni fəaliyyətin səmərəliliyinin daha da artırılması məqsədilə Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə bölgədə “Mədəniyyət günləri” layihəsinə start verilib. Layihəyə əsasən regiona daxil olan bir rayonun mədəniyyətini əks etdirən nümunələrin digər qonşu rayonda nümayiş etdirilməsi nəzərdə tutulub. Layihə ilkin mərhələdə Xaçmaz, Şabran, Siyəzən, Quba və Qusar rayonları arasında keçirilib. Belə ki, “mədəniyyət günləri” çərçivəsində həmin rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, bədii kollektivlərin fəaliyyətini əks etdirən konsert proqramları, milli mətbəx nümunələri, təsviri və tətbiqi sənət əsərlərindən ibarət sərgilər təşkil olunub. Layihə ilə əlaqədar ilk tədbir ötən il Siyəzən şəhərində “Quba mədəniyyət günü” başlığı altında tədbir keçirilib. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbirdə Qubanın mədəniyyətini, incəsənətini əks etdirən nümunələr nümayiş olunub. Mədəniyyət Mərkəzinin “Gözəl Quba” instrumental ansamblı və “Şərq inciləri” uşaq rəqs qrupu Siyəzən tamaşaçıları qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişdir.  Gələcəkdə bu layihənin respublikanın digər regionları ilə birgə təşkil edilməsi nəzərdə tutulub Dövlətimizin başçısının mədəniyyət sferasının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, onların aylıq vəzifə maaşlarının artırılmasına yönəlik sərəncamları, mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqda qərarları Xacmazda da rayonunun mədəniyyət işçiləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanır, böyük fərəh və iftixar hissi doğurur.Əlamətdar və bayram günləri, tarixi hadisələr və yubileylərlə bağlı idarə və onun şöbələri hazırladıqları iş planlarına uyğun olaraq bir sıra tədbirlər həyata keçirirlər. Tədbirlərin daha baxımlı olması üçün vətəndaşların səy və təklifləri hər dəfə nəzərə alınır, tədbirin təbliğatına, bədii tərtibatına, tamaşaya dair sərgilərin; fotostendlərin və bəzi məlumatların hazırlanmasına ciddi fikir verilir. Keçirilən tədbirlərdə texniki vasitələrdən geniş istifadə olunur. Hər bir tədbirdə vətənpərvərlik tərbiyəsi və adət-ənənələrimizin təbliği, milli dəyərlərimizin inkişafı və qorunub saxlanılması əsas məqsəd kimi qarşıya qoyulur.Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xidmət edən metodik vəsait idarə tərəfindən hazırlanıb və icra üçün bütün mədəniyyət müəssisələrinə paylanıb. Eyni zamanda «N» saylı hərbi hissənin əsgər və zabitlərinin asudə vaxtlarının səmərəli keçməsi üçün özfəaliyyət kollektivləri istirahət günləri və bayramlarda hərbiçilərin qarşısında geniş konsert proqramı ilə çıxış edirlər.

 

     Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır.

Azərbatcan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bu müsbət tendensiya Xaçmaz sakinlərinin sosial rifahında da özünü göstərir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar.Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur.

Xaçmazlılar vətənin müdafiəsinə hazırdırlar                                                  

 Xaçmaz rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi strateji əhəmiyyətə malik məsələ kimi diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti başçısı aparatı ötən 2017-ci il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır.Gənclərin hərbi xidmətə yola salınması həmişə təntənəli mərasimlə keçirilir. Əvvəlcə dövlət himni səsləndirilir. Tədbirdə çıxış edən ziyalılar, müharibə veteranları və valideynlər Vətənə sədaqət borcunu ödəməyə gedən gəncləri təbrik edir, onlara xoş istək və arzularını çatdırır, Ali Baş Komandanın hər bir əmrini canla-başla, sözsüz yerinə yetirmələrini tövsiyə edirlər. SHXÇDX Xaçmaz rayon Şöbənin rəisi  bu fikirdədir ki, ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir.Onun sözlərinə görə, dörd günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu yağıya nəyə qadir olduğunu göstərdi. Azərbaycan Ordusu düşmənə döyüş tapşırıqlarını ən qısa müddətdə və dəqiq şəkildə, qarşıya qoyulan vəzifəyə uyğun formada həyata keçirmək; Ən müasir silahlardan məharətlə, peşəkarlıqla istifadə etmək, yerli şəraitə və relyefə uyğun silah növü seçmək; Düşməni qəflətən yaxalayaraq çaxnaşmaya salmaq, silah-sursatını ataraq müqavimətsiz qaçmağa məcbur etmək; İllər boyu bərkidilmiş, havadan və qurudan müdafiə sədləri yaradılmış əlçatmaz mövqeləri qısa müddətdə almaq; Alınmış mövqelərdə qısa zaman kəsiyində möhkəmlənmək, geriyə qayıtmağa cəhd edən düşmənin bütün həmlələrini dəf edərək yerində oturtmaq; Hərbi əməliyyatların gedişində dinc əhaliyə xətər toxundurmamaq dərsi keşdi.

 Kənd təsərrüfatı inkişaf edir

 Regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun aqrar bölməsi 2017-ci ili uğurla başa vurmuşdur. Belə ki, rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət tərəfindən fermerlər üçün bir sıra güzəştlər müəyyən etmişdir. Belə ki, fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilmişdir.Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, ixracyönümlü məhsulların inkişaf etdirilməsi qarşıda mühüm vəzifə kimi qoyulmuşdur. 2017-ci ildə Xaçmaz rayonunda kənd təsərrüfatı məhsullarının əkininin genişləndirilməsi ücün bütün imkanlar təhlil olunaraq şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur. Müqavilələr bağlanmış zavodlar tərəfindən kənd təsərrüfatı məhsullarının təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuşdur.Sərmayələr  əsasən  səneyinin inkişafına, tikinti, emal müəssisələri, kənd təsərrüfatının inkişaf etdirilməsi kimi layihələrə cəlb edilmişdir. 

 ***

Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab Şəmsəddin Xanbabayevin rəhbərlik etdiyi Xaçmaz rayonunda da uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Xaçmaz rayonunun da sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.

   

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024