Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-02-2018, 13:11)
Yasamal İcra Hakimiyyəti 2017-ci ilə yekun vurdu

Yasamal İcra Hakimiyyəti 2017-ci ilə yekun vurdu

 

Yasamal Rayon İcra Hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantı keçirilib.

Mediatv.az Oxu.Az-a istinadən  xəbər verir ki, yığıncaqda İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun hesabat məruzəsi dinlənilib.

Ə. Əzizovun sözlərinə görə, 2017-ci ildə respublikamızın ümumi inkişaf tempinə uyğun olaraq Yasamal rayonunun da iqtisadi göstəricilərində artım qeydə alınıb:

“Sənaye məhsulunun ümumi həcmi 297 milyon 800 min, nəqliyyat sektorunda xidmətlərin həcmi 2 milyard 430 milyon 400 min manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 138,4 və 106 faiz, rabitə xidmətlərinin həcmi 624 milyon 770 min manat olmaqla əvvəlki il ilə müqayisədə artaraq 103 faiz təşkil edib.

Bir işçiyə orta aylıq əməkhaqqı 3,7 faiz artaraq 645,7 manat hesablanıb. Hesabat dövründə rayonda 6967 yeni iş yeri açılıb. Onlardan 4039-u fiziki şəxslər, 2928-i hüquqi şəxslərin yaratdıqları iş yerləri olub. 

Ötən ildə dövlət büdcəsindən Yasamal rayonuna 3 milyon 275 min manat vəsait ayrılıb, çoxmənzilli yaşayış binalarının təmiri üzrə 346, abadlıq və təmizlik işləri üzrə 293 nəfər rayon sakini işlə təmin edilib.

Yeni iş yerlərinin açılması ilə təmirə ehtiyacı olan 10 çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri aparılıb”.

İcra başçısı öz nitqində vurğulayıb ki, 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 19 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi ilə əlaqədar, 11 binanın tikinti işlərinə başlanılıb:

“İnşaat işlərinə 750 nəfər işçi qüvvəsi cəlb olunub. 821 mənzilli 19 yaşayış binasının və 228 fərdi yaşayış evinin, cəmi 1049 mənzil və fərdi yaşayış evinin sökülərək yeni layihələr üzrə 302536 kv.m ümumi sahəsi olan ümumilikdə 3372 mənzilin tikilməsi nəzərdə tutulur. 

Hal-hazırda Abbas Mirzə Şərifzadə küçəsi 86 və 122 nömrəli yaşayış evlərinin tikinti-quraşdırma işləri başa çatdırılıb, mənzillərdə təmir-tamamlama işləri aparılır. Yaxın vaxtlarda yaşayış evləri sakinlərin istifadəsinə veriləcəkdir.

26 hektardan çox ərazidə istifadə müddəti hələ xeyli əvvəl başa çatıb, heç bir tikinti normalarına cavab verməyən və demək olar ki, bütünlüklə yararsız və qəzalı mənzillərin sahibləri ilə razılaşma əldə edilərək vəsait ödənilib, 4300 daşınmaz əmlak sökülərək ərazi təmizlənib”.

Əziz Əzizov qeyd edib ki, “Sovetski” ərazisində Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar söküntüyə məruz qalmış Hacı Cavad məscidinin Mətbuat prospektində daha münasib və mükəmməl layihə əsasında, görünüş etibarilə göz oxşayan məscidin yeni binası inşa olunur: 

“Tikinti işləri artıq başa çatdırılıb, hal-hazırda tərtibat işləri icra olunur, məscidin yaxın zamanda dindarların istifadəsinə verilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyi xətti ilə rayonda daha bir məsciddə – İmam Hüseyn məscidində əsaslı təmir işləri aparılır, yaxın gələcəkdə paytaxtımızı daha bir dini tarixi memarlıq abidəsi bəzəyəcək”.

Yığıncaqda bildirilib ki, hesabat dövründə Yasamal rayon Enerji Satışı və İstismarı İdarəsi tərəfindən 84674 abunəçinin 99,9 faizi sayğacla təmin edilib.

Ötən il Yasamal rayon Su-kanal İdarəsi tərəfindən su təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilərək 88405 abunəçi su ilə təmin edilib, 2016-cı il ilə müqayisədə fasiləsiz su ilə təmin olunan abunəçilərin sayı 5 faiz artırılaraq 2017-ci ildə 80 faizə çatdırılıb.

Ümumilikdə rayon ərazisində 400 yaşayış binası, 13 məktəb, 15 körpələr evi-uşaq bağçası, 14 səhiyyə müəssisəsi, 14 büdcə və 106 qeyri-dövlət təşkilatı İstilik Sistemləri İstismar Sahələri tərəfindən istiliklə təmin olunur”.

Sonda icra başçısı qeyd edib ki, artıq respublikamızın digər rayonlarında olduğu kimi, Yasamal rayonunda da prezident seçkilərə hazırlıq işlərinə başlanılıb. 

Ötən ilin yekunlarına həsr olunmuş toplantıda Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkillərindən Ülvi Quliyev, rayon Polis Idarəsinin rəisi Isfəndiyar Mehbalıyev, 31 saylı məktəbin direktoru Kərim Abidi, Uşaq Nevroloji Xəstəxanasının baş həkimi Məhərrəm Sadıxov, rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Rəhimov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov çıxış ediblər.

Tədbiri yekunlaşdıran rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov əminliklə vurğuladı ki, həmişə olduğu kimi qarşıda müəyyən olunmuş bütün vəzifələrin öhdəsindən layiqincə, vaxtında və yüksək keyfiyyətlə gəlməyə çalışacağıq, rayonda 2018-ci ildə inkişaf tempi uğurla davam etdiriləcək.

Yığıncağın sonunda Prezident Ilham Əliyevə müraciət qəbul olunub.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024