Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (1-02-2018, 19:47)
Ata redaksiyadan yardım istəyir

              

 

Redaksiyamıza bir şikayət məktubu daxil olub. Məktubda polis özbaşınalığından, Ramal adlı bir şəxsin qanusuz təzyiqlərə məruz qalmasından danışılır. Aşağıda həmin məktubu olduğu kimi təqdim edirik.

“Hörmətli redaksiya! Ailədə altı nəfərik: iki oğlum, iki qızım var. Onların təhsilindən razıyam, evimdə 4 qırmızı diplomlu övladım var. Cinayətkarlıqdan, qanunsuz əməllərdən uzağıq. Nə oğlanlarım, nə özüm siqaret çəkirəm. Arayış verməyimin səbəbi var.

Sizə məlumdur ki, indi iş tapmaq, iş sahibi olmaq qəhrəmanlıqdır. Oğlum Ramal Binəqədi rayonunda bir çayxana götürmüşdü işlətməyə! Cəmi iki həftə işlədi. Çünki polislər tez-tez gəlir, ona mane olurdular.

Oktyabr ayının 30-da isə oğlum mənə zəng edib bildirdi ki, polislər yenə gəlib və tələb edirlər ki, çayxananı gecə saat 12-yə kimi bağlayım. Mən ondan telefonu polisə verməyi xahiş etdim. Orxan adlı polis işçisinə bildirdim ki, narahat olmasınlar, bundan sonra çayxana gecə saat 11-də bağlanacaq.

Mənim söz verməyimə baxmayaraq, Orxan, Ceyhun  adlı digər polislə birgə oğlumu zorla Az 99-PL-675 dövlət nömrə nişanlı şəxsi bir minik maşınına oturdub, 4-cü Polis bölməsinə aparmışdılar. Mən, yoldaşım, qızım, kiçik oğlum Toğrul və onun dostu Fəqanla birlikdə bölməyə yollandıq. Orda məlum oldu ki, heç bir hadisə baş verməyib. Hər yerdən əli üzülən polislər oğlumu məntəqəyə gətirib, ordan arayış alıblar ki, o yüngül içkilidir. Oğlum mənə bildirdi ki, onu bölməyə gəldikdən sonra ağ kağıza bükülmüş bir şeyi onu göstərib deyiblər ki, səs-küy salsan, bunun sənin cibindən çıxdığını deyəcəyik. Mən belə üzdəniraq polislərin nəyə qadir olduğunu bildiyim üçün onlara bir söz demədim. İstədikləri məbləği oğlum onlara verdikdən sonra onu buraxdılar.

         Hörmətli redaksiya! Məgər yüngül içkili hər bir şəxs bölməyə aparılmalıdı? Özü də şəxsi maşında. Onda məmləkətdə adam qalmaz ki! Məntiqsizlik göz önündədir.

         Sizdən xahiş edirəm ki, həqiqətin araşdırılıb üzə çıxmasında mənə kömək edəsiniz”.

 

Həsənov A.Q.

Bakı şəhəri, Yasamal rayonu

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024