Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-01-2018, 15:35)
Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib

Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib

 

Yanvarın 26-da rayon İcra Hakimiyyətinin akt zalında Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun iştirakı ilə Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib. Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Kürdəmir şəhər inzibati ərazi nümayəndəsi İlqar Salmanov 2017-ci ildə görülən işlər və 2018-ci ildə qarşıda duran vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verdi. Məruzədə qeyd olunub ki, hesabat ilində rayonda tikinti , quruculuq və abadlıq işləri geniş vüsət almış , şəhərin küçə meydanlarının abadlaşdırılması ilə bağlı təxirə salınmaz tədbirlər gerçəkləşdirilmişdir. Daha sonra Kürdəmir şəhər bələdiyyəsinin sədr müavini Məzahir Qasımov, Kürdəmir rayon Kommunal Müəssisələri Kombinatının direktoru Emil Sadıqov, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov, şəhər sakini Vaqif Əzizov və başqaları çıxış edərək dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi işlərdən razı qaldıqlarını, rayonlarda, qəsəbə və kəndlərdə aparılan quruculuq işlərini bəyəndiklərini bildiriblər. Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək diqqəti 2018-ci ilin yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasa çəkdi. O qeyd etdi ki, ölkəmizdə cənab prezidentin rəhbərliyi ilə mühüm addımlar atılıb, dünyada iqtisadi problemlərin mövcud olduğu vaxtda bu problemlər Azərbaycandan yan keçib, ölkəmiz öz iqtisadi gücünü nümayiş etdirərək qarşıda duran vəzifələri uğurla həyata keçiribdir. Rayon rəhbəri 2017-ci ildə şəhərin sosial-iqtisadi sahəsində görülmüş işləri geniş şərh edərək 2018-ci ildə həyata keçiriləsi layihələr barədə ətraflı məlumat verdi. Ceyhun Cəfərov qeyd etdi ki, 2017-ci ildə şəhər ərazisində xeyli işlər görülmüş, irimiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. O bildirdi ki, dövlət başçısının bütün tövsiyyə və tapşırlıqları rayon rəhbərliyi tərəfindən uğurla icra olunur, şəhər sakinləri öz fədakar əməyi ilə dövlətimizə və dövlətçiliyimizə sədaqətini nümayiş etdirirlər. Möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi qayğı və diqqət, aparılan sistemli iş, inkişafın yeni hədəflərinin müəyyən edilməsi onu deməyə əsas verir ki, 2018-ci ildə nailiyyətlərimiz daha da artacaq, şəhərimiz daha da abadlaşacaq, əhalinin rifah halı gündən-günə yüksələcəkdir. Tədbirdə mövcud problemlərdən danışılıb, sakinləri maraqlandıran suallar cavablandırılıb, bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq təkliflər verilib.

 

Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib
Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib
Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilib

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024