Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-01-2018, 20:30)
Energetika Nazirliyinin icazələri “ASAN”-a verilib

Energetika Nazirliyinin icazələri “ASAN”-a verilib

 

Sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılması, prosesin asanlaşdırılması məqsədilə Azərbaycan Energetika Nazirliyi tərəfindən müvafiq icazələr fevralın 1-dən “ASAN xidmət” mərkəzləri vasitəsilə veriləcək.

Mediatv.az  Oxu.Az-a istinadən  xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, müvafiq qanunvericiliyə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Azərbaycan energetika nazirinin 23 yanvar 2018-ci il tarixli əmrinə əsasən, Energetika Nazirliyi tərəfindən icazələrin “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsinin təşkili, bu prosesin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə əlaqədar bir sıra tədbirlər müəyyənləşdirilib.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024