Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-01-2018, 14:23)
AQRAR UNİVERSİTETİN ALİMLƏRİ İLƏ FERMERLƏR BİR ARAYA GƏLİB

AQRAR UNİVERSİTETİN ALİMLƏRİ İLƏ  FERMERLƏR BİR ARAYA GƏLİB

 

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində rektor, AMEA-nınmüxbir üzvü, professor İbrahim Cəfərovun sədrliyi ilə “Günəbaxan bitkisinin becərilmə texnologiyası” mövzusunda  respublikanın günəbaxan  əkilən rayonlarından olan fermerlərin, torpaq mülkiyyətçilərinin və iş adamlarının iştirakı ilə işgüzar elmi-praktik srminar keçirilib.

ADAU-nun mətbuat xidmətinin xəbərinə görə elmi-praktik seminarda Samux, Goranboy, Tərtər, Bərdə,  Ağdam, Şəmkir və Göygöl rayonlarından olan torpaq mülkiyyətçiləri, fermerlər və sahibkarlar iştirak ediblər. Seminarda ADAU-nun alimlərinin  müxtəlif mövzularda məruzələri dinlənilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov seminarda giriş nitqi söyləyib, mövzunun əhəmiyyəti, fermerlərlə alimlərin bir araya gəlməsinin müsbət nəticələri, dövlətin aqrar sahəyə diqqəti barədə faktlar dilə gətirib, seminarın işinə uğur arzulayıb.

Sonra alimlərin məruzələri dinlənilib. Bitkiçilik və bitki  mühafizəsi kafedrasının dosent əvəzi Vüqar Bəşirov “Günəbaxan sahəsinin əkinə hazırlanması, toxumun seçilməsi və   səpinin  optimal müddətdə aparılması”, Bitkiçilik və bitki mühafizəsi kafedrasının professoru Hümbət Hümbətov “Günəbaxan əkinlərində aqrotexniki tədbirlərin həyata keçirilməsi”, Bitkiçilik və bitki  mühafizəsi kafedrasının  dosenti Nəzakət İsmayılzadə və   həmin kafedranın dosent əvəzi  Aytəkin Məmmədova                     “Günəbaxan bitkisinin xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri”, Menecment və aqrar marketinq kafedrasının assistenti Fərrux Rəhimov “Günəbaxan məhsulunun istehsalı və satışının təşkili” mövzusunda məruzə edib. Səslənən məruzələr böyük marağa səbəb olub.

Seminarın sonunda fermerləri maraqlandıran suallar ADAU-nun alimləri tərəfindən cavablandırılıb. Fevral ayının 13-ə kimi təhsil müəssisəsində müxtəlif mövzularda fermerlərlə daha 3 elmi seminarın keçirilməsi nəzərdə tutulub.

 

AQRAR UNİVERSİTETİN ALİMLƏRİ İLƏ  FERMERLƏR BİR ARAYA GƏLİB
AQRAR UNİVERSİTETİN ALİMLƏRİ İLƏ  FERMERLƏR BİR ARAYA GƏLİB
AQRAR UNİVERSİTETİN ALİMLƏRİ İLƏ  FERMERLƏR BİR ARAYA GƏLİB

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024